Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rüfət Xəlilov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:29, 31 iyul 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Rüfət Xəlilov
Xəlilov Rüfət Qaffar oğlu
Rüfət Xəlilov
Rüfət Xəlilov, 2010
Doğum tarixi 7 mart 1926(1926-03-07)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 may 2018 (92 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi məktəbi (1952 – 1954, Tbilisi)

Rüfət Xəlilov (Xəlilov Rüfət Qaffar oğlu; d. 7 mart 1926-cı ildə, Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 27 may 2018-ci ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşı, əks-kəşfiyyatçı, polkovnik-leytenant.

Haqqında məlumatlar

7 mart 1926-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1954-cü ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisidəki xüsusi məktəbini leytenant rütbəsi ilə bitirib.

Əmək fəaliyyəti

1952-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmətə qəbul edilib.

1954 – 1959-cu illərdə Nuxada əməliyyat müvəkkili işləyib.

1959 – 1965-ci illərdə Astarada,

1965 – 1974-cü illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Kirovabad şəhər şöbəsində çalışıb.

1974 – 1983-cü illərdə Azərbaycan SSR DTK-nın Qazax rayon bölməsinə rəhbərlik edib.

1983 – 1986-cı illərdə əmək fəaliyyətini Bakıda, DTK-nin mərkəzi aparatında, əks-kəşfiyyat strukturlarında davam etdirib.

1986-cı ildə hərbi xidmətdə son yaş həddinə çatması ilə əlaqədar polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.

Təltif və mükafatları

Dövlət təhlükəsizlik orqanlarında çalışdığı müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib. O cümlədən, 2016-cı ildə Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli xidməti və anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif olunub.

Ədəbiyyat

Murad Nəbibəyov (07.03.2016 10:15). "Mərdlik, cəsarət, Vətənə sədaqət və yüksək intellekt onları fərqləndirən mühüm keyfiyyətlərdəndir". http://old.xalqqazeti.com/ (azərb.). Xalq qəzeti. 29 Jul 2020 tarixində arxivləşdirilib. Şablon:Yaxşı məqalə