Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi

WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ş{{Muzey |Adı = Şəki Tarix Diyarşünaslıq Muzeyi |Növü = [[arxeologiya]...' ilə yarat) tərəfindən edilmiş 16:32, 19 iyun 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

Şəki Tarix Diyarşünaslıq MuzeyiŞəki rayonunda fəaliyyət göstərən muzey. Muzey Rəşid bəy Əfəndiyevin adını daşıyır.

Şəki Tarix Diyarşünaslıq Muzeyi
Şəki Tarix Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1925
Mövzu arxeologiya, etnoqrafiya
Yerləşir Şəki, Qala divarları 1
Kolleksiyası 5000-dən çox eksponat
Direktor Yaqut Cəlalova
Telefon (+99424) 24 4 37 02

Tarixi

Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş tarixi abidədir.[1]

Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir.[2] Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Eyni zamanda Böyük vətən müharibəsi (1941-1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır.

Muzey aşağıdakı şöbələrdən ibarətdir:

  1. Təbiət
  2. Qədim dövr
  3. Etnoqrafiya
  4. Cumhuriyyət
  5. Elm,mədəniyyət,səhiyyə xadimləri
  6. Döyüş şöhrəti
  7. İpəkçilik
  8. Kənd təsərrüfatı
  9. Şəkinin süfrə və mətbəx mədəniyyəti
  10. Lektoriya

İstinadlar