Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Rəhim Mədətov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:R{{Alim |Adı = Rəhim Mədətov |Piktoqram = fizika |Orijinal adı = Rəhim Səlim oğlu Mədətov |Şəkil...' ilə yarat) tərəfindən edilmiş 00:28, 26 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Rəhim Mədətov
Rəhim Səlim oğlu Mədətov
Rəhim Mədətov
Doğum tarixi 5 sentyabr 1949 (1949-09-05) (74 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat
İş yeri Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu, Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru, professor
Təhsili Bakı Dövlət Universiteti

Rəhim Mədətov — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Aviasiya Akademiyanın fizika kafedrasinin professoru, Azərbaycan MEA-nın Radiasiya Problemləri İnstitutu Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının müdiri, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvü.

Həyat və fəaliyyəti

1949-cu ildə Nuxa şəhərində anadan olub. 1966-cı ildə orta məktəbi bitirib və həmin il Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olunub.

Pedoqoji fəaliyyəti

1971-ci ildə ali təhsilini tamamladıqdan sonra iki il Dəvəçi rayonunda fizika müəllimi işləyib. 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyətə keçsə də pedoqoji fəaliyyətlə də məşğul olub. Məsələn, 2004-2008-ci illər ərzində Naxçıvan və Bakı türk liseyləri şagirdlərinin Beynəlxalq Ekoloji Elmi Layihə olimpiadalarına hazırlamış və onlar Bosniyada-2 qızıl (2006), İstanbulda-1 bürünc (2006), Bosniyada-1 gümüş (2005) və Braziliyada-1 bürünc (2005) medallara layiq görülmüşlər. Hal-hazırda isə Azərbaycan Milli Aviasiya Akademiyasının Fizika kafedrasında professor vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir.

Elmi fəaliyyəti

1977-ci ildə Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin qərarı ilə EA-nın Radiasiya Tədqiqatları Sektoruna kiçik elmi işçi vəzifəsinə keçirilib. 1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 1983-cü ildə baş elmi işçi vəzifəsinə keçirilib.

1992-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış p-n keçidlərdə fotovoltaik və radiasiya effektləri” mövzusunda doktorluq dissertasiya işini müdafiə edir və Elmi Şuranın qərarına əsasən aparıcı elmi işçi vəzifəsinə təyin edilir. 1994-cü ildə Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasına rəhbər təyin olunub və hal-hazırda qeyd edilən vəzifəni icra edir.

  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 120;
    - xaricdə çıxmış elmi əsərlərin sayı: 72;
    - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 45.
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 17.
  • Kadr hazırlığı:
    - fəlsəfə doktorlarının sayı: 10;
    - elmlər doktorlarının sayı: 9.

İctimai fəaliyyəti

Rəhim Mədətov AMEA Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının və Həmkarlar Təşkilatının İdarə Heyətinin, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komitəsində Ekspert şurasının üzvüdür.

Əməyinin qiymətləndirilməsi

AMEA-nın ictimai həyatında fəal iştirak etdiyinə, elmi yaradıcılığında əldə etdiyi nəticələrin elmi və praktiki əhəmiyyətinə görə AMEA-nın Fəxri fərmanlarına layiq görülmüşdür.

İstifadə edilmiş mənbələr