Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Rahim Həsənov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya:R{{Şəxs |Adı = Rahim Həsənov |Şəkil = Rahim Hasanov.jpg |Şəkil miqyası = 250px |Şəkil məlumat = Rahim Həsənov |...' ilə yarat)
 
Sətir 1: Sətir 1:
[[Kateqoriya:R]]{{Şəxs
+
[[Kateqoriya:R]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]
 +
{{Şəxs
 
|Adı              = Rahim Həsənov
 
|Adı              = Rahim Həsənov
 
|Şəkil            = Rahim Hasanov.jpg
 
|Şəkil            = Rahim Hasanov.jpg

23:05, 26 iyun 2020 versiyası

Rahim Həsənov
Rahim Həsənov
Rahim Həsənov
Doğum tarixi 9 aprel 1981 (1981-04-09) (43 yaş)
Doğum yeri Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ, Şəki
Atası Rahim Rafiq oğlu Həsənov
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti, bakalavr (1998 – 2002), Sumqayıt Dövlət Universiteti, magistr (2005 – 2007)

Rahim Həsənov (Həsənov Rahim Rafiq oğlu; d.  9 aprel 1981, Azərbaycan SSR, Şəki şəhəri) — AMEA Şəki Regional Elmi Mərkəzində şöbə müdiri, VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə (2019) 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.

Təhsili və karyerası

1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr, 2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb. 2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbdə tarix müəllimi, 2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində işləyir. 2012-ci ildən AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin dissertantıdır.

Elmi fəaliyyəti

Türkiyə Cümhuriyyətinin Ankara, İstanbul, İzmir, Bursa, Konya, Qars, İqdır, Çorum, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Gürcüstan Respublikasının Tbilisi şəhərlərində beynəlxalq konfranslarda iştirak etmiş, sertifikat və diplomlara layiq görülmüşdür. Həmin simpozium və konfranslarda Şəki bölgəsinin tarixi və etnoqrafiyası ilə bağlı apardığı tədqiqatları dünya ictimaiyyətinə çatdırmışdır.

50-dən çox elmi məqaləsi həm respublika həm də Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan kimi ölkələrin beynəlxalq indeksli elmi məcmuələrdə işıq üzü görmüşdür.

İctimai-siyasi aktivliyi

2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai Birliyinin sədri olmuşdur.

Mükafatları

2009-cu il 30 sentyabr tarixində Azərbaycan Respublikası prezidentinin 505 № sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü il 6 avqust 3044 № li sərəncamı ilə “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülüb.

Partiyalığı

Yeni Azərbaycan partiyasının üzvüdür. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüşdü.

Ailəsi

Ailəlidir, iki övladı var.

İstifadə edilmiş mənbələr