Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Roman Hacıyev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:04, 19 aprel 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Roman Hacıyev
Hacıyev Roman Nazim oğlu
rus.: Гаджие Роман Назимович
Roman Hacıyev
Roman Hacıyev, 2017-ci il.
Doğum tarixi 21 aprel 1955 (1955-04-21) (67 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Təhsili

Türkmənistan Politexnik İnstitutu (1972–1974)

Ümumittifaq Hüquq İnstitutu (1981–1986),

Sov.İKP MK yanında Ali Partiya Məktəbi(ru) (1986–1988)
facebook səhifəsi

Roman Hacıyev — tanınmış hüquqşünas və iş adamı, Moskvada yaşayan azərbaycanlı icmasının görkəmli nümayəndəsi.

Haqqında məlumatlar

21 aprel 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1972-ci ildə Şəki şəhər 8 №-li orta rus məktəbini bitirib.

1972 – 1974-cü illərdə Türkmənistan Politexnik İnstitutunda,

1981 – 1986-cı illərdə Ümumittifaq Hüquq İnstitutunda,

1986 – 1988-ci illərdə Sov.İKP MK yanında Ali Partiya Məktəbində(ru) təhsil alıb.

Hərbi xidmətdə

1974 – 1976-cı illərdə Sovet Ordusunda xidmət edib.

Əmək fəaliyyəti

1976-cı ildən Moskva şəhərindəki təmir-tikinti idarəsində işləyib.

1987-ci ildə Dövlət Sığorta Xidməti idarəsində hüquq məsləhətçisi (Frunze rayonu, Moskva),

1990 – 1991-ci illərdə Dövlət Sığorta Xidməti hüquq şöbəsinin rəisi (Moskva),

1992-ci ildən «Start» kooperativində hüquqşünas,

1993 – 2017-ci illərdə «RiA» firmasının baş direktoru,

2008 – 2016-cı illərdə «Kant» firmasının baş direktoru vəzifəsində çalışıb.

2017-ci ildən təqaüddədir.

Ailəsi

Ailəlidir, iki oğlu və iki nəvəsi var.