Süleyman bəy Əmircanov

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:19, 9 fevral 2021 tarixli dəyişiklik

Süleyman bəy Abdulla bəy oğlu Əmircanov

Süleyman bəy Əmircanov
Doğum tarixi 1826(1826-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Uşaqları Möhsün bəy Əmircanov, Yusif bəy Əmircanov, Musa bəy Əmircanov
Mükafatları Qılınclı və bantlı III dərəcəli Müqəddəs Stanislav ordeni

Kollec asessoru Süleyman bəy Əmircanovun xidməti haqqında 15 oktyabr 1877-ci ildə tərtib edilmiş qulluq siyahısında oxuyuruq ki, Süleyman bəy Abdulla bəy oğlu Əmircanov 51 yaşındadır (deməli, 1826-cı ildə doğulub), Məhəmmədiyyə dinindədir, xaçpərəst olmayanlara verilən 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni alıb. Bəy rütbəsi var. Şəki şəhərində qardaşları ilə birlikdə daş evi və torpaq sahəsi var. O, müsəlman Dostuxanımla evlənib. Bu övladları var: oğulları Mövsüm - 17 yaş, Yusif - 15 yaş, Abdulla - 10 yaş və Musa - 7 yaş; qızları Sitarə - 20 yaş, Əzizə - 5 yaş. Böyük oğlu Tiflisdə tərbiyə olunur, qalanları onun yanındadır; hamısı müsəlmandır.[1]

İstinadlar