Səbuhi Məmmədov (Məmmədov Səbuhi Məmməd oğlu; d.  8 oktyabr 1959-cu il, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı rəssam, Şəki Şəhər İncəsənət Məktəbində rəssamlıq şöbəsinin müdiri və müəllim (1988-ci ildən), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997-ci ildən ).

Səbuhi Məmmədov
Məmmədov Səbuhi Məmməd oğlu
Səbuhi Məmmədov
Səbuhi Məmmədov, 2013
Doğum tarixi 8 oktyabr 1959 (1959-10-08) (64 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq məktəbi (1974 – 1978); İ.V.Muxina adına Leninqrad Ali Boyakarlıq-Sənaye Akademiyası(ru) (1982 – 1987)

Haqqında məlumatlar

1959-cu ildə Nuxada anadan olub.

1974 – 1978-ci illərdə Bakıda Əzim Əzimzadə adına Rəssamlıq məktəbində,

1982 – 1987-ci illərdə isə Leninqradda V.İ.Muxina adına Ali Boyakarlıq-Sənaye məktəbinin (A.L.Ştiqlis adına Sankt-Peterburq Boyakarlıq-Sənaye Akademiyası) qrafika fakültəsində təhsil alıb.

1988-ci ildən Şəki şəhər İncəsənət Məktəbində rəssamlıq şöbəsinin müdiri və müəllim vəzifəsində işləyir.

Respublika və Beynəlxalq sərgilərdə iştirak edib. İşləri müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

2009-cu ildə Şəki şəhərində fərdi sərgisi təşkil olunub.

1988-ci ildən SSRİ Gənc Rəssamlar Birliyinin, 1997-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Əsərlərindən nümunələr