Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Səyyarə Vahabova" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 32: Sətir 32:
 
  |Commons              =
 
  |Commons              =
 
}}
 
}}
''Səyyarə Vahabova'' – Azərbaycan sovet partiya və dövlət məmuru, pedaqoq; 1954 – 1956 cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri, 1956 – 1960 cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1960 – 1980 ci illərdə Nuxa/Şəki şəhər 3 № li orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 1957 – 1959-cu illərdə Azərbaycan {{KP MK}}-nın üzvü, 1959 – 1963 cü illərdə VII-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
+
'''Səyyarə Vahabova''' – Azərbaycan sovet partiya və dövlət məmuru, pedaqoq; 1954 – 1956 cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri, 1956 – 1960 cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1960 – 1980 ci illərdə Nuxa/Şəki şəhər 3 № li orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 1957 – 1959-cu illərdə Azərbaycan {{KP MK}}-nın üzvü, 1959 – 1963 cü illərdə VII-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

19:08, 23 sentyabr 2020 versiyası

Səyyarə Vahabova
Vahabova Səyyarə Həsən qızı
Səyyarə Vahabova.jpg
Səyyarə Vahabova
bayraqNuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədribayraq
1956 — 1960
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1920(1920-09-05)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 9 noyabr 1997 (77 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnsitutu, dil-ədəbiyyat fakultəsi ( – 1941)

Bakı Ali Partiya Məktəbi(az) (1945 – 1946)

Səyyarə Vahabova – Azərbaycan sovet partiya və dövlət məmuru, pedaqoq; 1954 – 1956 cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri, 1956 – 1960 cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1960 – 1980 ci illərdə Nuxa/Şəki şəhər 3 № li orta məktəbin direktoru vəzifəsində çalışmışdır. 1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü, 1959 – 1963 cü illərdə VII-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Haqqında məlumatlar

5 sentyabr 1920-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1941-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnsitutunun dil-ədəbiyyat fakultəsini bitirib.

1945 – 1946 cı ildə illərdə Bakı Ali Partiya məktəbində təhsilini artırıb.

Əmək fəaliyyəti

1942 – 1944 cü illərdə Baş Göynük kənd 1 №-li məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.

1944-cü ildə partiya işinə – Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.

1946 – 1948 ci illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində partiya kabinetinin müdiri,

1947 – 1951 ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunda baş müəllim,

1950 – 1954 cü illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri,

1954 – 1956 cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri,

1956 – 1960 cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1960 – 1980 ci illərdə Nuxa/Şəki şəhər 3 № li orta məktəbin direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1957-ci ildə Nuxa Rayon Sövetinə deputat seçilib.

1957-ci ildə Moskvada SSR Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan nümayəndə heyyətinin tərkibində iştirak edib.

1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü olub.

1958-ci ildə Moldaviya SSR-in paytaxtı Kişinyovda keçirilən SSRİ Kənd Təsərrüfatı işçilərinin Ümumittifaq müşavirəsində Azərbaycan Nümayəndə heyətinin tərkibində iştirak edib.

1959 – 1963 cü illərdə VII-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1959 cu ildə Bakıda keçirilən Respublika Partiya təsərüfat fəallarının yığıncağında iştirak edib.

1960 cı ildə Azərbaycan SSR Ali Sovetində məsul vəzifəyə dəvət olunub.

Vəfatı

Uzun sürən xəstəlikdən sonra 9 noyabr 1997 ci il tarixdə Şəkidə vəfat edib.

Digər

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimovun bacısıdır.