Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Səyyarə Vahabova

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:48, 24 sentyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Səyyarə Vahabova
Vahabova Səyyarə Həsən qızı
Səyyarə Vahabova.jpg
Səyyarə Vahabova, 1956-cı il
bayraqNuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədribayraq
1956 — 1960
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1920(1920-09-05)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Vəfat tarixi 9 noyabr 1997 (77 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, dil-ədəbiyyat fakültəsi ( – 1941)

Bakı Ali Partiya Məktəbi(az) (1945 – 1946)

Səyyarə Vahabova – Azərbaycan sovet partiya və dövlət məmuru, pedaqoq; 1956 – 1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü, 1959 – 1963-cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1960 – 1980-cı illərdə isə Nuxa/Şəki şəhərindəki 3 №-li orta məktəbin direktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

5 sentyabr 1920-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1941-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini bitirib.

1945 – 1946-cı ildə illərdə Bakı Ali Partiya məktəbində təhsilini artırıb.

Əmək fəaliyyəti

1942 – 1944 cü illərdə Baş Göynük kənd 1 №-li məktəbdə dil-ədəbiyyat müəllimi işləyib.

1944-cü ildə partiya işinə – Azərbaycan KP Nuxa şəhər komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.

1946 – 1948-ci illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində partiya kabinetinin müdiri,

1947 – 1951-ci illərdə Nuxa İkiillik Müəllimlər İnstitutunda baş müəllim,

1950 – 1954-cü illərdə Azərbaycan KP Nuxa şəhər Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri,

1954 – 1956-cı illərdə Nuxa rayon Xalq Maarif Şöbəsinin müdiri,

1956 – 1960-cı illərdə Nuxa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1960 – 1980-ci illərdə Nuxa/Şəki şəhərindəki 3 №-li orta məktəbin direktoru vəzifəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1957-ci ildə Nuxa Rayon Sovetinə deputat seçilib.

1957-ci ildə Moskvada SSR Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.

1957 – 1959-cu illərdə Azərbaycan KP MK-nın üzvü olub.

1958-ci ildə Moldoviya SSR-in paytaxtı Kişinyovda keçirilən SSRİ Kənd Təsərrüfatı işçilərinin Ümumittifaq müşavirəsində Azərbaycan Nümayəndə heyətinin tərkibində iştirak edib.

1959 – 1963 cü illərdə VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1959-cu ildə Bakıda keçirilən Respublika partiya-təsərrüfat fəallarının yığıncağında iştirak edib.

1960-cı ildə Azərbaycan SSR Ali Sovetində məsul vəzifəyə dəvət olunub.

Vəfatı

Uzun sürən xəstəlikdən sonra 9 noyabr 1997-ci il tarixdə Şəkidə vəfat edib.

Digər

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimovun anabir bacısıdır. Şablon:Yaxşı məqalə