Tünzalə Məmmədzadə

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:49, 12 yanvar 2021 tarixli dəyişiklik

Tünzalə Məmmədzadə (Məmmədzadə Tünzalə Adışirin qızı; d. 3 may 1983, Şəki, Azərbaycan SSR, SSRİ) — Şəki təkəlduz sənəti tarixinin tədqiqatçısı, Qurani-Kərimin bütün mətnini ipək parça üzərinə köçürmüş azərbaycanlı rəssam. VI çağırış Azərbaycan Respublikası Milli Məclis seçkilərində 113 saylı Şəki Şəhər Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.

Tünzalə Məmmədzadə
Məmmədzadə Tünzalə Adışirin qızı
Tünzalə Məmmədzadə
Tünzalə Məmmədzadə
Doğum tarixi 3 may 1983 (1983-05-03) (40 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Bakı Pedaqoji Kolleci, ingilis dili müəllimliyi fakültəsi (1998 – 2002)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, memarlıq və dizayn fakültəsi, bakalavriatura (2004 – 2008)

Qərb Universiteti, moda dizayn fakültəsi, magistratura (2008 – 2010)

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, doktorantura (2011 – 2014)

Mərmərə Universiteti, Türkiyə Araşdırmaları İnstitutu, doktorantura (2014 – 2018)

Haqqında məlumatlar

3 may 1983-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili

1990 – 1997-ci illərdə Şəki şəhər 18 saylı orta məktəbində,

1998-ci ildə Bakı şəhər 153 saylı orta məktəbində oxuyub.

Eyni zamanda Uşaq İncəsənət məktəbində musiqi (pianino) təhsili alıb.

1998 – 2002-ci illərdə Bakı Pedaqoji Kollecinin ingilis dili müəllimliyi fakültəsində orta ixtisas təhsili alıb.

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və dizayn fakültəsində bakalavr,

2008 – 2010-cu illərdə Qərb Universitetinin moda dizayn fakültəsində magistr,

2011 – 2014-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorant,

2014 – 2018-ci illərdə Mərmərə Universitetinin Türkiyə Araşdırmaları İnstitutunda doktorant təhsili alıb.

 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tünzalə Məmmədzadəyə mükafat təqdim edərkən, İstanbul, 12 yanvar 2018.

Əmək fəaliyyəti

2012 – 2014-ci illərdə Bakı Humanitar Kollecində dizayn fənnini tədris edib.

2019-cu ildən Bakı Mühəndislik Universitetinin dəvəti ilə memarlıq və dizayn kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

Yaradıcılığı

Ənənəvi olmayan dizaynlı memarlıq layihələrinin müəllifidir. Əsərləri Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən qorunur. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Şəffaf ipək üzərinə qeyri-adi tablolar işləyə bilir. Qurani Kərimin bütün mətnini qızılı və gümüşü boyalarla qara ipək parça üzərinə köçürüb; o, bu işi həyata keçirmək üçün 3 il vaxt sərf edib. Şablon:Yaxşı məqalə