"Tələt Qasımov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 37: | Sətir 37: | ||
| vəfat yeri = | | vəfat yeri = | ||
| sülaləsi = | | sülaləsi = | ||
− | | atası = | + | | atası = Əli Qasımov |
− | | anası = | + | | anası = Səidə Qasımova |
− | | həyat yoldaşı = | + | | həyat yoldaşı = Yuliya Qasımova |
− | | uşağı = | + | | uşağı = Nərminə |
| təhsili = | | təhsili = | ||
+ | *Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963); | ||
+ | *Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturası (1965 – ?) | ||
| mükafatları = {{"Şərəf Nişanı" ordeni}} | | mükafatları = {{"Şərəf Nişanı" ordeni}} | ||
Sətir 48: | Sətir 50: | ||
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== | ||
− | 1939-cu ildə | + | 1939-cu ildə Bakıda anadan olub. |
1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib. | 1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib. | ||
Sətir 56: | Sətir 58: | ||
1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib. | 1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib. | ||
− | 1965 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına qəbul olunub, bu institutun I hospital terapiya kafedrasında | + | 1965 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına qəbul olunub, bu institutun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb, hospital terapiya kafedrasında “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib, institutun komsomol komitəsinin katibi olub. |
1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub. | 1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub. | ||
− | 1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci | + | 1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub. |
− | + | Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı olub. | |
1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb. | 1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb. |
23:17, 14 iyun 2020 versiyası
Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).
Haqqında məlumatlar
1939-cu ildə Bakıda anadan olub.
1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib.
1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb; eyni zamanda institutun komsomol komitəsi katibinin müavini olub və Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı işləyib.
1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib.
1965 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına qəbul olunub, bu institutun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb, hospital terapiya kafedrasında “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib, institutun komsomol komitəsinin katibi olub.
1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.
1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.
Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı olub.
1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.
1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991 – 1993) səhiyyə naziri olub.
1992-ci ildən sonra bir müddət işsiz qalıb, sonra Azərbaycanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində işləyib.
1999-cu ildə Bakıda vəfat edib.
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972), – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə ələqədar olaraq[1];
- “Şərəf nişanı” ordeni.
Ailəsi
- Atası: Əli Qasımov
- Anası: Səidə Qasımova, həkim, Nuxada anadan olmuşdur;
- Bacısı: Rəna;
- Həyat yoldaşı: Yuliya Qasımova;
- Övladları: Nərminə.
Ədəbiyyat
- Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).
İstinadlar
- ↑ "Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).