Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Tələt Qasımov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 42: Sətir 42:
 
| uşağı            = Nərminə və Əli Qasımov
 
| uşağı            = Nərminə və Əli Qasımov
 
| təhsili          =  
 
| təhsili          =  
 +
| elmi dərəcəsi    = tibb elmləri namizədi
  
 
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963);
 
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963);

01:32, 15 iyun 2020 versiyası

Tələt Qasımov
Qasımov Tələt Əli oğlu
Tələt Qasımov.jpg
Tələt Qasımov
bayraqAzərbaycan Respublikasının səhiyyə naziribayraq
1991 — 1992
Sələfi vəzifə təsis edilib
Xələfi Rahim Hüseynov
bayraqAzərbaycan SSR səhiyyə naziribayraq
1979 — 1991
Sələfi Hənifə Abdullayev
Xələfi Azərbaycan SSR ləğv olunub
bayraqAzərbaycan SSR səhiyyə nazirinin müavinibayraq
1978 — 1979
Şəxsi məlumatlar
Doğum tarixi 1939(1939-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1999(1999-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (60 yaşında)
Vəfat yeri Bakı
Atası Əli Qasımov
Anası Səidə Qasımova
Həyat yoldaşı Yuliya Qasımova
Uşaqları Nərminə və Əli Qasımov
Elmi dərəcəsi

tibb elmləri namizədi

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963);

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturası (1965 – 1967)
Təltifləri "Şərəf Nişanı" ordeni

Tələt Qasımov (Qasımov Tələt Əli oğlu; d. 1939-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri (1979 – 1992).

Haqqında məlumatlar

1939-cu ildə Bakıda anadan olub.

1956-cı ildə Bakıda 6 №-li məktəbi bitirib.

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb; eyni zamanda institutun komsomol komitəsi katibinin müavini olub və Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı işləyib.

1963 – 1965-ci illərdə hərbi xidmətdə olub – Macarıstanda hərbi həkim işləyib.

1965 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsilini (1965 – 1967) artırıb, bu institutun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb, hospital terapiya kafedrasında “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” adlı mövzuda namizədlik dissertasiyası müdafiə edib, institutun komsomol komitəsinin katibi olub.

1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri vəzifəsini tutub.

1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.

1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.

1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

1992-ci ildən sonra bir müddət işsiz qalıb, sonra Azərbaycanın Rusiyadakı səfirliyində müşavir vəzifəsində çalışıb.

1999-cu ildə Bakıda vəfat edib.

Mükafatları

  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1972) – respublika pioner təşkilatının işində fəal iştirak etdiklərinə, böyüməkdə olan nəslin kommunist tərbiyəsi sahəsində uzun illər səmərəli fəaliyyət göstərdiklərinə görə və V.İ.Lenin adına Ümumittifaq pioner təşkilatının 50 illiyi ilə ələqədar olaraq[1];
  • “Şərəf nişanı” ordeni.

Ailəsi

  • Atası: Əli Qasımov, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, müharibədə həlak olub, Nuxada anadan olmuşdur;
  • Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.
  • Bacısı: Rəna;
  • Həyat yoldaşı: Yuliya Qasımova;
  • Övladları: NərminəƏli Qasımov.

Ədəbiyyat

  • Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).

İstinadlar

  1. "Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı" (PDF). www.anl.az (azərb.). ww.anl.az. 5 Dec 2010 – 16 Jan 2020 tarixində arxivləşdirilib (PDF).

Şablon:Yaxşı məqalə