Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Telman Həmidov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:T{{Mənbə göstər}} {{Alim |Adı = Telman Həmidov |Orijinal adı = Telman Muxtar oğlu Həmidov |Şəkil =...' ilə yarat) tərəfindən edilmiş 01:29, 21 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Telman Həmidov
Telman Muxtar oğlu Həmidov
Doğum tarixi 1940(1940-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki
Vəfat tarixi 1995(1995-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)

Telman Həmidov — Texnika elmləri namizədi, dosent.

Telman Muxtar oğlu Həmidov 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur.

O,1948-1958-ci illərdə orta məktəbdə oxumuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1953-cü ildə institutun inşaat fakultəsini qurtarmışdır. Oxuduğu illərdə nümunəvi tələbə olduğundan, institutu qurtaran kimi "Mühəndis rəsmxətti" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. İnstitutda işlədiyi ilk gündən onu qabiliyyətli, bacarıqlı, təvazökar və savadlı bir müəllim kimi tanımışlar. Buna görə də T.Həmidov 1969-cu ilbə baş müəllim vəzifəsinə keçirilmişdir.

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra T.Həmidov öz fəaliyyətini burada "Mühəndis qrafikası" kafedrasında davam etdirmişdir.

T.M.Həmidov 1975-ci ildə görkəmli alim, texnika elmləri doktoru, professor A.Mustafayevin rəhbərliyi altında hazırladığı elmi dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1991-ci ildə dosent elmi adını almışdır.

T.Həmidov dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir ki, əsərlərdən 5-i fransız dilində nəşr edilmişdir. Rus və fransız dillərini öz ana dili kimi bilən T.M.Həmidov 4 il müddətində (1982-1986) Əlcəzairin Bumerdez şəhərindəki Milli Neft, Qaz və Kimya İnstitutunda tələbələrə "Tərsimi həndəsə", "Rəsmxətt" və "Mühəndis qrafikası" fənlərindən dərs demişdir. Əlcəzairdə ali məktəbdə dərs dediyi illərdə 350 səhifəlik elmi-metodik əsər yazmışdır. Həmin əsərdən indi də Əlcəzair tələbələri dərslik kimi istifadə edirlər.

Əlcəzairdə işləyərkən, 1985-1986-cı illərdəki tədris və elmi işlərindəki müvəffəqiyyətlərə görə, T.Həmidov oradakı Sovet nümayəndəliyi tərəfindən "Nümunəvi əmək zərbəçisi" fəxri adına layiq görülmüşdür. T.Həmidov Türkiyənin Sibas şəhərində yerləşən Texniki Universitetdə işləmişdir. 1991-1995-ci illər üçün Memarlıq və İnşaat Universitetinin dövlət büdcəli "İnşaat-Memarlıq və maşınqayırma konstruksiyaların optimal layihələndirilmə məsələləri" elmi işinin yerinə yetirilməsində T.Həmidovun çox böyük rolu olmuşdur.

Telman Həmidov 1995-ci ildə faciəli surətdə dünyasını dəyişmişdir.