Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Tofiq Yusifov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:T]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
+
[[Kateqoriya:T]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
 
{{Alim  
 
{{Alim  
 
  |Adı                  = Tofiq Yusifov
 
  |Adı                  = Tofiq Yusifov

23:25, 26 iyun 2020 versiyası

Tofiq Yusifov
Tofiq Sədrəddin oğlu Yusifov
Tofiq Yusifov
Doğum tarixi 25 yanvar 1957 (1957-01-25) (67 yaş)
Doğum yeri Şəki, Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filologiya
İş yeri Bakı Slavyan Universiteti
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru

Tofiq Sədrəddin oğlu Yusifov Azərbaycan alimi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universiteti jurnalistika kafedrasının dosenti.

Həyatı

Tofiq Sədrəddin oğlu Yusifov - 1957-ci il yanvarın 25-də Azərbaycan Respublikası Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olmuşdur. 1974-cü ildə həmin rayonun Turan (keçmiş S.Orconikidze adına taxılçılıq sovxozu) qəsəbə opta məktəbini bitirmişdir.

1974-cü ildə Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olmuş, 1979-cu ildə orada təhsilini fərqlənmə diplomu ilə başa vuraraq jurnalist ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə "Şəki fəhləsi" qəzetində müxbir kimi başlamışdır. 1980-1982-ci illərdə Şəki Şəhər Komsomol Komitəsinin ikinci, 1982-1985-ci illərdə isə birinci katibi vəzifələrində çalışmışdır. 1985-1987-ci illərdə Şəki Rayon XDS İcraiyyə Komitəsinin şöbə müdiri, 1987-1990-cı illərdə Şəki Rayonlararası Turizm İdarəsinin direktoru olmuşdur. 1980-1986-cı illərdə iki çağırış Şəki Şəhər Sovetinin deputatı seçilmişdir.

Tofiq Yusifov 1991-2006-cı illərdə "Səhər" qəzetinin şöbə müdiri, Azərbaycan-Türk İnformasiya Agentliyinin baş redaktoru, "Aydın sabah" beynəlxalq müstəqil qəzetin baş redaktoru, "Fakt" İnformasiya Agentliyinin baş redaktoru, "Günay" qəzetinin şöbə müdiri, parlament müxbiri, baş yazarı və baş redaktoru vəzifələrində çalışmışdır. 2006-2011-ci illərdə bir sıra strukturlarda mətbuat və kadr məsələləri üzrə menecer vəzifəsində işləmişdir.

T.Yusifov 2002-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. "Təfəkkür" Universitetinin professorudur. Bakı Dövlət Universitetində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi üzrə mühazirələr oxumuşdur.

Hazırda Bakı Slavyan Universitetinin jurnalistika kafedrasında çalışır. 2012-ci ildə "Azərbaycanda açıq cəmiyyətin formalaşmasında mətbuatın rolu" (1991-2004-cü illər) mövzusunda dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki (2015) və Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür (2016). BSU magistr dissertasiyaları üzrə İxtisaslaşmış Şuranın sədridir. İki kitabın, 14 elmi, 3500-ə yaxın kütləvi-publisistik məqalənin müəllifidir. Əsərləri rus, ingilis, qazaxtürk dillərinə tərcümə edilib. Azərbaycan jurnalistlərinin I, II, III, IV və VI qurultaylarının nümayəndəsidir. 2005-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü olmuşdur. H.Zərdabi, H.Z.Tağıyev adına, həmçinin Ali Media, "Qızıl qələm" və digər mükafatlara layiq görülmüşdür. Ailəlidir, 3 övladı var.

Əsərləri

  • Şirməmməd Hüseynov yaradıcılığının «Günay» mərhələsi // Azərbaycan KİV sisteminin aktual problemləri. Elmi-praktik konfrans. Bakı, 2005, s. 22-28
  • Rolğ SMİ v formirovanii otkrıtoqo obhestva // Reqionalğnıy vestnik molodıx uçenıx. Moskva, 2008, № 2, s.154-159
  • Açıq cəmiyyyət: tarix, ənənə, müasirlik // Azərbaycan Dillər Universitetinin Elmi Xəbərləri. Bakı, 2008, №7, s. 243-250
  • Azərbaycan mətbuatı yeni informasiya şəraiti, qloballaşma və liberal dəyərlər müstəvisində // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2008, № 9, s. 381-394
  • Ölkə mediası və yeni cəmiyyət quruculuğunun konseptual məsələlərinin təbliği prosesi // Humanitar məsələlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələlr məcmuəsi). Bakı Slavyan Universiteti. Bakı, 2009, № 1, s. 321-327
  • Müasir ideoloji tendensiyalar: ölkə mətbuatının Qərb mediası ilə oxşar və fərqli cəhətləri // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2009, № 1, s. 408-418
  • İstedadın zamanı və Vətəni olmur və ya açıq cəmiyyət budurmu? «525-ci qəzet», 19 mart 2011-ci il.
  • Otkrıtoe obhestvo – polifoniə massovıx informaüionnıx proüessov // Kazaxskiy Qumanitarno-Öridiçeskiy Universitet, Vestnik. Seriə «Filoloqiçeskie nauki». Astana, 2012, №1 s. 33-40
  • Heydər Əliyev və Azərbaycan mətbuatının demokratikləşməsi prosesi // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2012, № 3, s. 471-477
  • Azad mətbuat açıq cəmiyyət quruculuğunun zəruri şərti kimi // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı, 2012, № 4, s. 446-449
  • Tofiq Yusifov «Açıq cəmiyyət və mətbuat» (monoqrafiya) Bakı, «Apostrof» nəşriyyatı, 2012-ci il, 220 səhifə.
  • Açıq cəmiyyət, plüralizm və mətbuat: reallığın təhlili, perspektivə baxış // «525-ci qəzet», 4-8 sentyabr 2012- ci il
  • Yeni jurnalistika: reallıqlar, perspektivlər… // «Təfəkkür» Universitetinin elmi xəbərləri. Bakı, 2013-cü il, №1, s. 115- 120
  • Heydər Əliyevin jurnalistika məktəbi. Azərbaycanşunaslığın aktual problemləri. 5-ci Beynəlxalq Elmi Konfransın materialları . 5-7 may 2014-cü il, s. 652-655
  • “İdman jurnalistikası” kursunun proqramı (Tədris proqram). Bakı, 2014, 22 səhifə
  • Yeni türk ədəbiyyatınınformalaşma prosesinin ədəbi-bədii və tarixi aspektləri. Azərbaycanşunaslığın aktual problemləri. 6-c; Beynəlxalq Elmi Konfransın materialları. 5- 7 may 2015-cü il, s. 493-495
  • “Проблемы преемственных связей в периодизации турецкой литературы” “Ənənə və müasirlik” IX Beynəlxalq Simpozium , Tbilisi , 23-25 sentyabr 2015-сi il, (tezis)  s. 106-108
  • T.Yusifov “Akademik Cəmil Əliyev” Elmi-bioqrafik monoqrafiya . Bakı, “Yazıçı” nəşriyyatı, 2016, 420 s.
  • Baş redaktoru, həmtərcüməçisi və buraxılışına məsul olduğu 5 elmi-tibbi kitab.

Mənbə