Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Vaqif İbrahim

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış şair v...' ilə yarat) tərəfindən edilmiş 22:04, 28 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search


Vaqif İbrahim
İbrahimov Vaqif Əliyar oğlu
Vaqif İbrahim
Vaqif İbrahim.
Doğum tarixi 30 sentyabr 1945(1945-09-30)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 29 oktyabr 1983 (38 yaşında)
Vəfat yeri Sumqayıt
Vəfat səbəbi avtomobil qəzası
Dəfn yeri Saray qəsəbəsi, Abşeron rayonu
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu
Əsərlərinin dili az
Mükafatları Azərbaycan SSR LKGİ mükafatı — 1976

Vaqif İbrahim (1945-1983) — tanınmış şair və jurnalist, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı, Azərbaycan LKGİ MK-nə üzvü, “Göyərçin” jurnalının məsul katibi.

Haqında məlumatlar

30 sentyabr 1945-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxada orta təhsil alıb.

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1968 – 1970-ci illərdə Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor,

1971 – 1975-ci illərdə isə məsul redaktor vəzifəsində çalışıb.

1970 – 1971-ci illərdə Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri,

1975 – 1976-cı illərdə “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi,

1976 – 1983-cü illərdə «Göyərçin» jurnalının məsul katibi olub.

İctimai aktivliyi

1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

1980 – 1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik edib.

Azərbaycan komsomolunun XXX-XXXI qurultaylarının nümayəndəsi olub (XXXI qurultayında Azərbaycan LKGİ MK-nə üzv seçilib).

SSRİ – Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü idi.

Ədəbi yaradıcılığı

7 şeir kitabı sağlığında, nəşrə təqdim etdiyi «Taleyimə yazılanlar» adlı kitabı isə ölümündən sonra çap edilib.

Kitablarının siyahısı (çap olunduğu illər)

  1. “Bu torpaqda doğulanlar” (1970);
  2. “Ömür balladası” (1970);
  3. “Dünyanın keşiyində” (1974);
  4. “Baykal-Amur magistralında” (1975);
  5. “Mehribanlıq işığı” (1981);
  6. “Vaxtla üz-üzə” (1982);
  7. “Taleyimə yazılanlar” (1985).

Təltif və mükafatları

Vəfatı

29 oktyabr 1983-cü il tarixdə – 38 yaşında, avtomobil qəzasında həlak olub.

Xatirəsi

M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin tabeliyində olan klublardan biri Vaqif İbrahimin adını daşıyır.

Ədəbiyyat

  1. Əhmədov T. Azərbaycan yazıçıları XX–XXI yüzillikdə. — Bakı: “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011. — Səhifələrin sayı:  1056. — Səh.: 962. — 1.000 nüsx. — ISBN 978-9952-460-06-3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 sentyabr 2021.