Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Varid Fərzəlibəyov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:VKateqoriya:Şəkidən çıxmış musiqiçilər {{Musiqiçi |Peşəsi = ixtiraçı-mühəndis, tarzən |Şəkil = |Şəkil məlumat...' ilə yarat) tərəfindən edilmiş 22:30, 11 iyun 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Varid Fərzəlibəyov
Fərzəlibəyov Varid Nəsib oğlu
Şəxsi məlumatlar
Doğum tarixi 2 iyul 1933(1933-07-02)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 mart 1999 (65 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Peşələri ixtiraçı-mühəndis, tarzən

Varid Fərzəlibəyov (Fərzəlibəyov Varid Nəsib oğlu; d.  2 iyul 1933-cü ildə, Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö.  23 mart 1999-cu ildə, Bakı, Azərbaycan Respublikası) — azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı[1].

Haqqında məlumatlar

1933-cü ildə Nuxada anadan olub.

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib.

Uzun illər “Azərelektroişıq” istehsalat birliyinin laboratoriya müdiri olub.

Yaradıcılığı

XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı[2] yaratmışdır. 1966-cı ildə müəllif bu alətə görə SSRİ miqyasında patent alıb[3].

Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov və H.Xanməmmədovun iştirak etdiyi komissiya ixtiraya yüksək qiymət vermişdir.

Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi istehsal olunmuşdur.

İstinadlar