Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Vasim Məmmədəliyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:16, 24 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vasim Məmmədəliyev
Vasim Məmmədəliyev2.jpg
Vasim Məmmədəliyev 2011-ci il.
Doğum tarixi 27 avqust 1942(1942-08-27)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 oktyabr 2019 (77 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi şərqşünaslıq
İş yeri Bakı Dövlət Universiteti, ilahiyyat fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1992
"Şərəf" ordeni — 2009“Şöhrət” ordeni (Azərbaycan) — 2002
"Qızıl çinar" beynəlxalq mükafatı — 2017

Vasim Məmmədəliyev (1942–2019) — şərqşünas-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri.

Haqqında məlumatlar

27 avqust 1942-ci il tarixində Bakının Kürdəxanı kəndində anadan olub.

Təhsili

1949 – 1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbində,

1959 – 1964-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində,

1965 – 1968-ci illərdə isə isə Tbilisi Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1978-ci il professor elmi adını alıb.

1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olub.

2001-ci ildə AMEA-nın müxbir üzvü,

2007-ci ildən müxbir üzvü seçilib.

30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr olunub.

Akademik Ziya Bünyadov ilə ilə birlikdə sovet dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə ediblər.

Əmək fəaliyyəti

1981 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekanı,

1991 – 1992-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət universitetinin prorektoru olub.

1992-ci ildən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri idi.

1989 — İraq Elmlər Akademiyası, 1994 — İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 — Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 — Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.

Ailəsi

İki qızı, bir oğlu var.

Vəfatı

13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunmub.

Təltif və mükafatları

Həmçinin bax

Vikianbarda Vasim Məmmədəliyev ilə əlaqəli mediafayllar var.