Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Vidadi Qaffarlı

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:17, 6 iyun 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Vidadi Qaffarlı
Qafarlı Vidadi Fərman oğlu
Vidadi Qaffarlı
Vidadi Qaffarlı, 1999-cu il
Doğum tarixi 6 mart 1961 (1961-03-06) (63 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Ə.Əzimzadə adına Rəssamlıq Məktəbi
Uşağı Əli Qaffarlı

Vidadi Qaffarlı (Qafarlı Vidadi Fərman oğlu; d.  6 mart 1961-ci il Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı rəssam-pedaqoq, Sumqayıt şəhər 3 nömrəli Uşaq İncənət Məktəbinin rəsm şöbəsinin müəllimi. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Haqqında məlumatlar

1961-ci ildə Nuxada anadan olub.

1971 – 1978-ci illərdə Şəki pionerlər evinin rəsm dərnəyində rəssamlığın sirlərini öyrənib.

1978 – 1981-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb.

1983 – 1988-cü illərdə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında icraçı rəssam vəzifəsində işləyib.

1989 – 1996-cı illərdə Şəki rəsm qalereyasında əvvəlcə rəssam, sonra isə direktor vəzifəsində çalışıb.

1996 – 2001-ci illərdə Ankarada (Türkiyə) müxtəlif kurslarda, rəsmdən dərs deyib. Eyni illərdə Ankarada “Çağdaş sənət” qalereyasında fərdi sərgisi təşkil olunub.

2002-ci ildən Sumqayıt şəhər 3 nömrəli Uşaq İncəsənət məktəbində rəsm müəllimi işləyir.

Yaradıcılığı

Bir sıra tabloları Moskvada “Mono Liza” qalereyasında sərgilənib.

1990-ci ildə Şəki Rəsm sərgisində iki rəsmi Azərbaycan Rəssamlar İttifaqı tərəfindən alınıb.

1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Yaradıcılığından nümunələr

Şablon:Yaxşı məqalə