Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Vilayət Əliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:V]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]]
 
 
{{Alim
 
{{Alim
|Şəkil = şəkil yoxdur-kişi.svg
+
|Şəkil = Vilayət Əliyev.jpg
 
|Şəkil məlumat =  
 
|Şəkil məlumat =  
 
|Şəkil miqyası = 200
 
|Şəkil miqyası = 200
Sətir 14: Sətir 13:
 
|Rəsmi vebsaytı =  
 
|Rəsmi vebsaytı =  
 
}}
 
}}
 +
 
'''Vilayət Hüseyn oğlu Əliyev ''' ([[23 avqust]] [[1938]], [[Daşbulaq]], [[Şəki]]  — [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]nin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, [[professor]], əməkdar müəllim.
 
'''Vilayət Hüseyn oğlu Əliyev ''' ([[23 avqust]] [[1938]], [[Daşbulaq]], [[Şəki]]  — [[Azərbaycan Dövlət Pedaqoji Universiteti]]nin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, [[professor]], əməkdar müəllim.
  

17:54, 22 avqust 2020 versiyası

VİLAYƏT ƏLİYEV
Vilayət Hüseyn oğlu Əliyev
VİLAYƏT ƏLİYEV
Doğum tarixi 23 avqust 1938 (1938-08-23) (85 yaş)
Doğum yeri Daşbulaq, Şəki Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR

Vilayət Hüseyn oğlu Əliyev (23 avqust 1938, Daşbulaq, ŞəkiAzərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor, əməkdar müəllim.

Həyatı

Vilayət Əliyev 1938-ci il avqust ayının 23-də Şəki rayonunun Daşbulaq kəndində anadan olmuşdur. Ailələri dəfələrlə repressiyaya məruz qalmışdır. [1]

1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, elə həmin ildə Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun türkologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.

Elmi fəaliyyəti

Tanınmış türkoloq, akademik Məmmədağa Şirəliyev Azərbaycan və özbək dillərinin müqayisəli qrammatikası üzrə mövzu müəyyənləşdirmiş və gənc tədqiqatçıya görkəmli türkoloq, akademik Qəni Əbdürrəhmanovu elmi rəhbər məsləhət bilmişdir. Elmi axtarışlar onu Daşkənd şəhərinə gətirmiş, türk dünyası ilə yaxından tanış olmağa, özbək dilini öyrənməyə imkan yaratmışdır. Daşkənd şəhərində çalışarkən tanınmış və şöhrətli eloğlumuz, şair, dramaturq, alim, professor Maqsud Şeyxzadə ilə yaxından tanış olmuşdur. Sonralar bu tanışlıq dostluğa çevrilmişdir. Maqsud Şeyxzadənin iki cildlik bədii əsərinin Azərbaycan dilinə tərcüməsində fəal iştirak etmişdir. Bu dostluq və Özbəkistandakı türk mühiti onun bir şəxsiyyət kimi yetişməsinə təkan vermiş və gənc tədqiqatçını türkçülük, azərbaycançılıq ideyaları ilə zənginləşdirmişdir.

1965-ci ildə Daşkənd şəhərində "Özbək və Azərbaycan dillərində feli sifət" mövzusunda namizədlik dissertasiyasını Maqsud Şeyxzadənin və akademik Məmmədağa Şirəliyevin qatıldığı Müdafiə Şurasında özbək dilində çox böyük uğurla müdafiə etmişdir. 1990-cı ildə isə Bakıda "Azərbaycan dilində felin təsriflənməyən formaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir. Elmi tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. 200-dən çox elmi məqalənin, "Azərbaycan dilində felin təsriflənməyən formaları", "Məsdər", "Azərbaycan dilində feli sifət", "Azərbaycan dilində feli bağlama", "Azərbaycan dilində felin perifrastik formaları", "Toponimika", "Azərbaycan toponimiyası", "H.Əliyevin dil siyasəti", "Zəngəzurda qalan izimiz" kimi kitabların müəllifidir. Azərbaycan EA-nın nəşr etdirdiyi 3 cildlik "Müasir Azərbaycan dili" əsərinin müəlliflərindən biridir. "Deportasiya", "Kitabi-Dədə Qorqud – 1300", "Qədim Naxçıvan – 75", "Urud", "Filologiya məsələləri", "Pedaqoji Universitetin xəbərləri" və digər elmi-publisistik əsərlərin elmi redaktorudur. 1997-ci ildən ADPU-nun elmi işlər üzrə prorektorudur. Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün Azərbaycan MEA-nın Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan MEA-nın Birləşmiş İxtisaslaşdırılmış Müdafiə Şurasının həmsədridir.

Mənbə