Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Xanlar Həşimzadə

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:42, 27 noyabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Xanlar Həşimzadə
Həşimzadə Xanlar Allahverdi oğlu
Xanlar Həşimzadə
Xanlar Həşimzadə
Doğum tarixi 2 sentyabr 1955 (1955-09-02) (68 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

Xanlar Həşimzadə (d. 9 fevral 1955) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2015).

Həyatı

X.Haşımzadə 1975-ci ildən S.Rəhman adına Şəki Dövlət Dram Teatrında çalışır. Hal-hazırda teatrın aparıcı səhnə ustasıdır. 200-ə yaxın tamaşalarda müxtəlif səpgili obrazlar yaratmışdır. Oynadığı həm dramatik, həm də komik obrazlar nəinki Respublikamızda, hətta Kubada, Praqada, Moskvada, Kazanda, Tiflisdə, Yoşkar-Olada, Daşkənddə və Səmərqənddə də yüksək qiymətləndirilmişdir. İki dəfə "Qızıl Dərviş" mükafatı ilə təltif edilmişdir. X.Həşimzadə V.Şekspirin "Kral Lir" əsərində Fransız Kralı, Ə.Əylisli "Quşu uçan budaqlar" əsərində Mehdi Qulu, M.F.Axundovun "Hacı Qara" əsərində Hacı Qara, C.Məmmədquluzadənin "Dəli yığıncağı" əsərində Molla Abbas, H.Cavidin "İblis" əsərində İxtiyar, R.Stoyanovun "Ustalar" əsərində Qenco, B.Stratiyevin "Avtobus əsərində Məsuliyyətsiz, M.Bulqakovun "Usta və Marqarita" əsərində Pontiy Pilat, X.Eçeqarayın "Mahir aradüzəldənlər" əsərində Severo, S.Mrojekin "Xoşbəxt hadisə" əsərində Gəlmə Adam, E.De.Filipponun "Ruhlar" əsərində Paskyale Loyyokolo və bir çox əsərdə əsas rolların uğurlu ifaçısı olmuşdur. Oynadığı obrazları ilə tamaşaçıların məhəbbətini qazanmış Xanlar Həşimzadə günü-gündən öz ustalığını artırır.

30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5]7 may 2020-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[7]

Filmoqrafiya

  1. 1930-cu il Şəki üsyanı (film).
  2. Həm ziyarət, həm ticarət... (film, 1995).
  3. Odla qol-boyun (film, 2002).
  4. Şəki teatrında (film, 2006).
  5. Kəndim+nizə qayıdın!? (film, 2007).
  6. Bir ovuc torpaq (film, 2009).
  7. Komediya səhnəsi (veriliş, 2009).
  8. Yaddaş (film, 2010).
  9. Fədakar (film, 2015).
  10. Qırmızı bağ (film, 2016).
  11. Oğlan evi 2 (film, 2016).

İstinadlar

  1. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  4. President.Az (01.05.2017). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2017-05-02.
  5. President.Az (09.05.2018). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-05-10.
  6. President.Az (07.05.2020). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2020-05-07.
  7. President (30 dekabr 2015). "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2015-12-30.

Xarici keçidlər