Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Yaqub Mahmudov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 6: Sətir 6:
 
  |Şəkil                = Yaqub Mahmudov.jpg
 
  |Şəkil                = Yaqub Mahmudov.jpg
 
  |Şəklin ölçüsü        =  
 
  |Şəklin ölçüsü        =  
  |Şəklin izahı          =  
+
  |Şəklin izahı          = Yaqub Mahmudov.
 
  |Doğum tarixi          = {{doğum tarixi və yaşı|1939|2|10}}
 
  |Doğum tarixi          = {{doğum tarixi və yaşı|1939|2|10}}
 
  |Doğum yeri            = [[Baş Göynük]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{USSR}}
 
  |Doğum yeri            = [[Baş Göynük]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{USSR}}
Sətir 93: Sətir 93:
 
===Ailəsi===
 
===Ailəsi===
 
Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.
 
Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.
 +
 +
[[az:Yaqub Mahmudov]][[ru:Махмудов, Ягуб Микаил оглы]]
 +
 +
{{Yaxşı məqalə}}

11:11, 10 fevral 2021 versiyası

Yaqub Mahmudov
Mahmudov Yaqub Mikayıl oğlu
Yaqub Mahmudov
Yaqub Mahmudov.
Doğum tarixi 10 fevral 1939 (1939-02-10) (85 yaş)
Doğum yeri Baş Göynük, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tarix
İş yeri Bakı Dövlət Universiteti, qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi (1957 – 1962)

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi, asprantura (1962 – 1966)
Üzvlüyü AMEA-nın həqiqi üzvü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı
“Şöhrət” ordeni (Azərbaycan) — 1999"Şərəf" ordeni — 20091-ci dərəcəli "Əmək" ordeni — 2019"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı

Yaqub Mahmudov – tarixçi alim, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri.

Haqqında məlumatlar

10 fevral 1939-cu il tarixdə Nuxa rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd orta məktəbini bitirib.

1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində,

1962 – 1966-cı illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin aspranturasındda təhsil alıb.

Elmi fəaliyyəti

1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya Respubli­kası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını,

1989-cu ildə isə “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2007-ci ildə AMEA-nın müxbir üzvü,

2017-ci ildə isə həqiqi üzvü seçilib.

1000-ə yaxın elmi məqələsi çap olunub. O cümlədən, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 28 məqaləsi dərc olunub.

40 fəlsəfə doktorunun, 5 elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1966-cı ildən Azərbaycan Sovet Ensiklopediyasında işləmiş, o cümlədən,

1966 – 1971-ci illərdə əvvəl elmi redaktor, sonra böyük elmi redaktor, sonra ümumi tarix redaksiyasının midiri, daha sonra Azərbaycan tarixi redaksiyasının müdiri,

1971 – 1975-ci illərdə isə baş redaktorunun elmi işlər üzrə müavini olmuşdur.

1981-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində işləmiş, o cümlədən,

1981 – 1985-ci illərdə qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti,

1985-ci ildə tarix fakültəsinin dekan müavini,

1986 – 1990-cı illərdə tarix fakültəsinin dekanı,

1991-ci ildən isə qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri olmuşdur.

1994 – 2004-cü illərdə həm də M.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin dekanı olub.

İkinci iş yerləri

1968 – 1981-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda baş müəllim, dosent vəzifələrində çalışıb.

1992-ci ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat-Poliqrafiya Birliyinə baş direktor təyin olunub.

2004 – 2021-ci illərdə AMEA Tarix İnstitutunun direktoru olub.

Milli Məclisdə

2001 – 2019-cu illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.

Ailəsi

Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.

Şablon:Yaxşı məqalə