'''Zaqatala-Şəki mahalı''' (yaxud, '''Zaqatala-Nuxa mahalı''') — Azərbaycan SSR ərazisində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 8 aprel 1929-cu il tarixdə VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə [[Şəki qəzası]] ilə Zaqatala qəzasının birləşdirilməsi nəticəsində yaradılmışdır. Mahalın adı Zaqatala-Şəki mahal {{K(b)F}} İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı olmuş [[“Şəki fəhləsi” qəzeti|“Şəki fəhləsi” qəzetində]] qəzetin başlığı altında həmişə “Zaqatala-Şəki mahalı” kimi göstərilsə də, qəzetin içində çox vaxt “Zaqatala-Nuxa mahalı” kimi getmişdir. Mahalın inzibati mərkəzi [[Nuxa|Nuxa şəhəri]] idi. Mahalın icraiyyə komitəsinin sədri əvvəl [[Xəlil Ağamirov|Xəlil Ağamir oğlu Ağamirov]], sonra isə A.Ağayev, mahal icraiyyə komitəsinin katibi isə Y.Məmmədov olmuşdur. Mahal Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə ləğv edilmiş və yerində Zaqatala və [[Nuxa okruqu|Nuxa]] okruqları yaradılmışdır. Lakin mahalın rəsmi qəzeti olmuş “Şəki fəhləsi” qəzeti həmin tarixdən sonra hələ bir müddət əvvəlki təsisatların orqanı kimi çıxmaqda davam etmiş, yalnız 20 may 1930-cu il tarixdən başlamaqla Nuxa Okruq {{K(b)F}} İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap olunmuşdur. | '''Zaqatala-Şəki mahalı''' (yaxud, '''Zaqatala-Nuxa mahalı''') — Azərbaycan SSR ərazisində mövcud olmuş birinci dərəcəli inzibati ərazi. 8 aprel 1929-cu il tarixdə VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə [[Şəki qəzası]] ilə Zaqatala qəzasının birləşdirilməsi nəticəsində yaradılmışdır. Mahalın adı Zaqatala-Şəki mahal {{K(b)F}} İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı olmuş [[“Şəki fəhləsi” qəzeti|“Şəki fəhləsi” qəzetində]] qəzetin başlığı altında həmişə “Zaqatala-Şəki mahalı” kimi göstərilsə də, qəzetin içində çox vaxt “Zaqatala-Nuxa mahalı” kimi getmişdir. Mahalın inzibati mərkəzi [[Nuxa|Nuxa şəhəri]] idi. Mahalın icraiyyə komitəsinin sədri əvvəl [[Xəlil Ağamirov|Xəlil Ağamir oğlu Ağamirov]], sonra isə A.Ağayev, mahal icraiyyə komitəsinin katibi isə Y.Məmmədov olmuşdur. Mahal Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə ləğv edilmiş və yerində Zaqatala və [[Nuxa okruqu|Nuxa]] okruqları yaradılmışdır. Lakin mahalın rəsmi qəzeti olmuş “Şəki fəhləsi” qəzeti həmin tarixdən sonra hələ bir müddət əvvəlki təsisatların orqanı kimi çıxmaqda davam etmiş, yalnız 20 may 1930-cu il tarixdən başlamaqla Nuxa Okruq {{K(b)F}} İcraiyyə Komitəsi və Həmkarlar bürosunun orqanı kimi çap olunmuşdur. |