Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Ziya Yusifzadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:Z]]{{Dövlət xadimi
+
[[Kateqoriya:Z]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]]{{Dövlət xadimi
 
| azərbaycan dilində adı      = Ziya Yusifzadə  
 
| azərbaycan dilində adı      = Ziya Yusifzadə  
 
| adın originalı              = Ziya Məmmədiyyə oğlu Yusifzadə
 
| adın originalı              = Ziya Məmmədiyyə oğlu Yusifzadə

21:51, 18 iyun 2020 versiyası

Ziya Yusifzadə
Ziya Yusifzadə
bayraqAzərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədribayraq
18 iyun 1980 — 11 avqust 1988
Sələfi Vitali Krasilnikov
Xələfi İvan Qorelovski
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1929(1929-02-15)
Doğum yeri Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 29 sentyabr 2015 (86 yaşında)
Atası Məmmədiyyə
Təhsili Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutu
Təltifləri "Azərbaycan Bayrağı" ordeni “Şöhrət” ordeni (Azərbaycan)

Ziya Məmmədiyyə oğlu Yusifzadə (d. 15 fevral 1929, Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 29 sentyabr 2015, Bakı, Azərbaycan) — Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri (19801988).

Həyatı

Ziya Yusifzadə 15 fevral 1929-cu ildə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirmişdir. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirmişdir. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləmişdir.[1]

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunmuşdur. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışmışdır. 18 iyun 1980 - 11 avqust 1988-ci il tarixlərində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışmışdır. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi almışdır.

1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləmiş, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxmışdır.

Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilmişdi.

Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olmuşdur.[2]

Dörd xarici dil bilirdi.

SSRİ Dövlət təhlükəsizlik orqanlarının və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin fəxri əməkdaşı idi.

29 sentyabr 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. 30 sentyabr 2015-ci ildə MTN-nin Mədəniyyət Mərkəzində vida mərasimi keçirildikdən sonra, mərhum II Fəxri xiyabanda dəfn olunmuş, yas mərasimi Təzəpir məscidində keçirilmişdir.[3]

Ailəsi

Ziya Yusifzadə yazıçı, dramaturq Məmmədiyyə Yusifzadənin oğludur.

Mükafatları

Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə Azərbaycan Respublikasının, SSRİ-nin və xarici dövlətlərin 40-dan yuxarı orden və medalları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif edilmişdir.

İstinadlar

  1. Tahir Aydınoğlu (15.02.2014). "Ziya Yusifzadə – 85. Dövlətçiliyimizin və milli təhlükəsizliyimizin keşiyində sədaqətli xidmət nümunəsi (müsahibə)". Xalq qəzeti (azərb.). xalqqazeti.com. İstifadə tarixi: 2015-09-30.
  2. "Ziya Yusifzadə" (azərb.). adam.az. 2015. İstifadə tarixi: 2015-09-30.
  3. "MTN-nin Akademiyasının rəisi Ziya Yusif-zadə vəfat edib" (azərb.). az.apa.az. 30 Sentyabr 2015. İstifadə tarixi: 2015-09-30.

Xarici keçidlər