Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

MediaWiki:Təltif/"İgidliyə görə" medalı

Şəki Ensiklopediyası səhifəsi
("İgidliyə görə" medalı səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
"İgidliyə görə" medalı
AZ For Heroism Medal ribbon (2nd version).png "İgidliyə görə" medalı.png

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 10 noyabr 1992
Ardıcıllıq
Daha yüksək mükafat "Vətən uğrunda" medalı
Daha kiçik mükafat "Cəsur döyüşçü" medalı

"İgidliyə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 10 noyabr 1992-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır.[1]

Təsis edilməsi

1992-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisinə "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununun qəbul edilməsi layihəsi təqdim edildi.[2] Qanun layihəsinə əsasən 4 orden və 5 medal təsis edildi, həmçinin onların status və təsvirləri təsdiq olundu.

İgidliyə görə medalının təsviri

Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal halqa və ilgəyin vasitəsi ilə 27 mm x 43 mm tünd və açıq yaşıl fon da xara lent lə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[3]

iyun 2009-cu ilədək iyul 2009-cu ildən
İgidliyə görə medalı.jpg "İgidliyə görə" medalı.png
Lent
AZ For Heroism Medal ribbon (1st version).png
AZ For Heroism Medal ribbon (2nd version).png

Təltif edilənlər

İstinadlar

  1. "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az(azərb.)). 10.11.1992. İstifadə tarixi: 20.11.2020.
  2. "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az(azərb.)). 10.11.1992. İstifadə tarixi: 20.11.2020.
  3. http://www.azerbaijans.com/content_808_az.html