MediaWiki:Təltif/Azərbaycan/"İgidliyə görə" medalı
"İgidliyə görə" medalı | |||
---|---|---|---|
|
|||
|
|||
Ölkə | Azərbaycan | ||
Tip | medal | ||
Status | təqdim olunur | ||
Statistika | |||
Təsis tarixi | 10 noyabr 1992 | ||
Ardıcıllıq | |||
Daha yüksək mükafat | "Vətən uğrunda" medalı | ||
Daha kiçik mükafat | "Cəsur döyüşçü" medalı |
"İgidliyə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 10 noyabr 1992-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır.[1]
Təsis edilməsi
1992-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Milli Məclisinə "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununun qəbul edilməsi layihəsi təqdim edildi.[2] Qanun layihəsinə əsasən 4 orden və 5 medal təsis edildi, həmçinin onların status və təsvirləri təsdiq olundu.
İgidliyə görə medalının təsviri
Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca "İgidliyə görə" sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur. Medal halqa və ilgəyin vasitəsi ilə 27 mm x 43 mm tünd və açıq yaşıl fon da xara lent lə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır. Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.[3]
iyun 2009-cu ilədək | iyul 2009-cu ildən | |
---|---|---|
Lent | ||
Həmçinin, bax:
Kateqoriya:"İgidliyə görə" medalı ilə təltif edilənlər
İstinadlar
- ↑ "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az ( (azərb.)). 10.11.1992. İstifadə tarixi: 20.11.2020.
- ↑ "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az ( (azərb.)). 10.11.1992. İstifadə tarixi: 20.11.2020.
- ↑ http://www.azerbaijans.com/content_808_az.html
Bu köməkçi məqaləni ensiklopedikləşdirmək lazımdır. |