Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

MediaWiki:Təltif/SSRİ/"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
rus.: Медаль «За победу над Германией в Великой Отечественной войне 1941—1945 гг.»
Order of Glory Ribbon Bar.png WW2 Victory.png

Ölkə Flag of the Soviet Union.svg SSRİ
Tip medal
Status təqdim olunmur
Statistika
Parametrlər diametr — 32mm
material — bürünc
Təsis tarixi 9 may 1945-ci il
Təltiflərin sayı 14 933 000 nəfər
Ardıcıllıq
Daha yüksək mükafat "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı
Daha kiçik mükafat "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı

"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı – SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli qərarı ilə təsis edilmişdir. Medalın müəllifləri rəssamlar E. M. Romanov və İ. K. Andrianovdur.

Təsisi

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 may 1945-ci il tarixli Fərmanı ilə təsis edilmişdir.

Əsasnaməsi

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilsin:

  • II Dünya Müharibəsi cəbhələrində Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunlarının sıralarında bilavasitə iştirak edən və ya hərbi rayonlardakı işləri ilə qələbəni təmin edən bütün hərbi personal və mülki heyət;
  • Böyük Vətən Müharibəsi dövründə Qırmızı Ordu, Hərbi Dəniz Qüvvələri və NKVD qoşunları sıralarında xidmət etmiş, lakin yaralanma, xəstəlik və xəsarətlər səbəbindən ordunu tərk edən, habelə birbaşa dövlət və partiya təşkilatlarının qərarı ilə verilmiş bütün hərbi personal və ordu xaricində çalışan mülki işçilər;

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 07.07.1945-ci il tarixli qərarı ilə medal haqqında Əsasnaməyə edilən əlavəyə əsasən, "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı həm də Xalq Daxili İşlər Komissarlığı orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komissarlığının şəxsi heyətinə verilmişdir.

Taxılma qaydası

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı sinənin sol tərəfində, SSRİ-nin digər medallarından "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalından sonra taxılır.

Təltif olunanlar

"1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ən populyar medal hesab olunur. 1 yanvar 1995-ci ilə qədər təqribən 14.933.000 şəxs "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub.

Mükafatlandırılanlar arasında, Alman ordusu və müttəfiqlərinə qarşı döyüşlərdə iştirak edən Bolqarıstan silahlı qüvvələrinin 120 min hərbçisi də var.

İstinadlar