İmam Əli məscidi
...
məscid | |||||
İmam Əli məscidi
| |||||
Ölkə | Azərbaycan | ||||
Məhəllə | F.X.Xoyski küçəsi (Yuxarı Baş) | ||||
Məzhəb | şiə | ||||
Status | fəaliyyəttdədir | ||||
| |||||
... | |||||
![]() |
İmam Əli məscidi — Şəkidə fəaliyyət göstərən məscid.
Haqqında[Vizual/Mobil redaktə | HTML redaktə]
Tikilmə tarixi məlum deyil. İbadət zalının sahəsi 26x13 metrdir. İbadət zalı ikinci mərtəbədə yerləşir. Birinci mərtəbədə isə yardımçı otaqlarvar. Həyətyanı sahəsi isə 660 kv.metrdir.[1]
Formaca dördbucaqlı olan bu məscid bişmiş kərpic və mədən daşı ilə hörülmüşdür. Divarların qalınlığı 75 sm-dir. Damın örtüyü ağ dəmir təbəqə ilə işlənmişdir.[1]
İmam Əli məscidi ilkin vəziyyətini qoruyub saxlamışdır. Lakin minarəsi repressiya illərində dağıdılmışdır. 1997-ci ildə məscidin minarəsi və mehrabı yenidən tikilmişdir. Hazırkı minarənin hündürlüyü 22 metrdir. Minarə dəyirmi formada olub, bişmiş kərpiclə işlənmişdir.[1]
Sovetlər dövründə məsciddən məktəb, idman zalı kimi islifadə edilmişdir. 1994-cü ildə fəaliyyəti bərpa olunmuşdur.[1]
İmam Əli məscidi 1994-cü ildən etibarən İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzi tərəfindən bərpa edilib. Bərpa zamanı məscidin ibadət zalı, eləcə də minarəsi yenidən tikilmişdir.[1]
İmam Əli məscidi məşhur mollaları ilə tanınmışdır. Onlardan biri Axund Əbdülcabbar Zeynalabdin oğlu Pişnamazzadə olmuşdur. O, təhsilini Nəcəfül-əşrəldə almış və "Misbahui-Hərəmeyn" kitabını yazmışdır. Onun qəbri məscidin ön tərəfindədir.[1]
İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
...