Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

MediaWiki:Təltif/Azərbaycan/Azərbaycanın Milli Qəhrəmanı

Şəki Ensiklopediyası səhifəsi
(Azərbaycanın Milli Qəhrəmanı səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Azərbaycanın Milli Qəhrəmanı
National Hero of Azerbaijan.svg

Ölkə Flag of Azerbaijan.svg Azərbaycan
Tip Medal
Status Təqdim olunur
Statistika
Təsis tarixi 25 mart 1992
Birinci təltif 6 iyun 1992
Birinci laureat Flag of Azerbaijan.svg Əlif Hacıyev
Son təltif 7 fevral 2017
Son laureat Flag of Azerbaijan.svg Çingiz Qurbanov
Ardıcıllıq
Daha yüksək mükafat "Vətən uğrunda" medalı
Daha kiçik mükafat yoxdur

Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi[1][2].

Təsisi

Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur[1].

Verilmə qaydası

"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir[3].

"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir[2].

"Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir[2].

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı

Əsas məqalə: "Ay-Ulduz" medalı

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir[4].

Əsas məqalə: "Qızıl Ulduz" medalı

"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir[5].

Azərbaycanın Milli Qəhrəmanları

Maraqlı məlumat

Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir[6].

İstinadlar

Həmçinin bax

Xarici keçidlər