Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...

MediaWiki:Təltif/Azərbaycan/Azərbaycanın Milli Qəhrəmanı

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Azərbaycanın Milli Qəhrəmanı

Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi[1][2].

Təsisi

Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur[1].

Verilmə qaydası

"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir[3].

"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir[2].

"Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir[2].

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir[4].

"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir[5].

Azərbaycanın Milli Qəhrəmanları

Maraqlı məlumat

Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir[6].

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

...