Emin Məmmədov
Emin Məmmədov | |
---|---|
Məmmədov Emin Səlhab (Salxab) oğlu | |
Emin Məmmədov. | |
Doğum tarixi | 27 dekabr 1970 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1985–1989) • Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universiteti/Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, qrafika fakültəsi (1989–1995) |
Mükafatları |
|
Atası | Səlhab Məmmədov |
İş yeri | “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (İdarə Heyətinin sədri) |
Emin Məmmədov — tanınmış mədəniyyət işçisi və rəssam, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
27 dekabr 1970-ci il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1977 – 1985-ci illərdə orta məktəbdə oxuyub.
1983 – 1985-ci illərdə qrafika üzrə məşhur rəssam Q.Jeqlovun studiyasında rəssamlıq dərslərinə qatılıb.
1985 – 1989-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində,
1989 – 1995-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin/Mirzağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafika fakültəsində təhsil alıb.
1992 – 1993-cü illərdə “Druckerei Guttenberg” incəsənət evində (Berlin (Almaniya)),
1995-ci ildə “Druckwerkstaten Bethamen” incəsənət evində (Berlin (Almaniya)) təcrübə keçib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1992 – 1994-cü illərdə “HYATT Regency Nakhchivan” hotelinin idarəetmə qrupunda işləyib.
1994 – 2011-ci illərdə “The Landmark Complex” şirkətində inzibati işlər üzrə müdir,
2011-ci ildən Heydər Əliyev Fondunda incəsənət işləri üzrə müşavir,
2013-cu ildə Heydər Əliyev Mərkəzində mədəniyyət və incəsənət üzrə müşavir vəzifəsində çalışıb.
18 mart 2021-ci il tarixindən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.
İkinci iş yerləri[redaktə | HTML redaktə]
2009-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qrafika kafedrasında dərs deyir; o cümlədən,
2019-cu ildən dosent vəzifəsində çalışır.
Rəssamlıq fəaliyyəti[redaktə | HTML redaktə]
1995 – 2002-ci illərdə rəssam kimi bir çox sərgilərdə (Azərbaycanda və Azərbaycandan kənarda) iştirak edib.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1999-cu ildə “Qız Qalası” özəl Rəsm Qalereyasını (QGallery) yaradıb və özü də onun direktoru olub.
2007-ci ildə Azərbaycanın Təsviri İncəsənətini Qərbi Avropada təbliğ etmək üçün Berlində (Almaniya) “Galerie Berlin-Baku” GmbH (Qgallery Berlin GMBH) qalareyasını təşkil edib.
2007 – 2008-ci illərdə Bakı Müasir İncəsənət muzeyinin təşkilində iştirak edib.
Rəşad Ələkbərovla birlikdə “Zəfər” ordeninin və “Vətən Müharibəsi Qəhrəmanı” medalının dizayneridir.
2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı — Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə (2012);
- “Tərəqqi” medalı — Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə (2019);
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı — Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə (2020).
Ailəsi[redaktə | HTML redaktə]
Evlidir, iki övladı var.
Atası: Səlhab Məmmədov Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru və beynəlxalq əlaqələr işləri üzrə prorektorudur.
Kiçik qardaşı: Elxan Məmmədov AFFA-nın baş katibidir.
Digər[redaktə | HTML redaktə]
Azərbaycanda təşkil olunan layihələrdə[redaktə | HTML redaktə]
- 2008–2017 — «Almaniya bir rəssamın gözü ilə» rəssamlıq müsabiqəsi, təşkilatçı.
- 2010–2018 — «Qız Qalası» Beynəlxalq Rəssamlıq Festivalı, təşkilatçı.
- 2012–2019-ci illərdə Heydər Əliyev Mərkəzində bütün keçirilən sərgilərin kuratoru və koordinatoru (2013 – Tahir Salahovun fərdi sərgisi, Peter Lipmanın sərgisi, Endi Uorholun “Həyat, ölüm və gözəllik” sərgisi, “Fly to Baku. Müasir Azərbaycan İncəsənəti”, “Küknar” Beynəlxalq sərgisi və Müsabiqəsi, “Kosmosa səyahət” sərgisi; 2014 – Toni Kreqqin sərgisi; “Səməni” Beynəlxalq Sərgisi və Müsabiqəsi; “Silahların əfsanəsi” sərgisi; Anri Kartye-Brisson “Paris” fərdi sərgisi; Adrian Steirin “Afrikanın vıhşi təbiəti” sərgisi; Lorens Cenkellin fərdi sərgisi; Bernar Buffenin fərdi sərgisi; 2015 – Belçika rəssamın Vim Delvuya fərdi sərgisi; “İncəsənət və zərgərlik” sərgisi; “Qreys Kelli – şahzadə və stil ikonası” sərgisi; “Baburnamə miniatürlarından ibarət olan sərgisi; Riçard Dikonun fərdi sərgisi, Latviya rəssamların sərgisi; 2016 – Corc Kondonun fərdi sərgisi, Xorxe Marin “Varlığın canlanması” sərgisi, Teo Allovsun “Ram edilməmiş Afrika” sərgisi, “Kukla incəsənətdə” sərgisi; 2017 – “Modernizm və moda” modelyer Aleksandr Vasilyevin kolleksiyalardan sərgisi; 2018 – Aleksey Beqovun, Ömər Eldarovun, Alfons Muxanın fərdi sərgiləri, Çin rəssamın Van Yuanqın fərdi sərgisi, Şah İsmayıl Xətaiyə həsr olunmuş sərgi, “Live Life”, Hürufilik və Brain İnonun “77 milyon rəsm əsərləri” sərgiləri, Rus avanqard sərgisi, Hiperrealistik əsərlərdən ibarən sərgisi; 2019 – Tarixin Şah əsərləri, Gürcüstan Milli Muzeyindən kolleksiyaları; Zurab Tseretelinin fərdi sərgisi, Reza Deqatinin sərgisi, Türkiyə rəssamın Əhməd Günəştəkinin fərdi sərgisi, məşhur fotoqraf Yakov Xalipin əsərlərdən ibarət sərgisi).
- 2014 — «Tullantıdan İncəsənətə» Beynəlxalq festivalı.
- 2015 — Daşsalnamə və Rəngkarlıq Muzeylərin kuratoru və təşkilatçı.
- 2016 — «Daşın nəğməsi» Beynəlxalq heykəltəraşlıq simpoziumu.
- 2018 — Nəsimi Festivalın çərçivəsində keçirilən təbirlərin kuratoru.
- 2019 — Nəsimi Festivalın çərçivəsində keçirilən təbirlərin kuratoru.
- 2019 — Daş Salnamə Muzeyində “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda beynəlxalq simpoziumun təşkilatçı.
- 2019 — «Tullantıdan İncəsənətə» Beynəlxalq festivalı.
- 2019 — «Daşın nəğməsi» Beynəlxalq heykəltəraşlıq simpoziumu.
Azərbaycandan kənarda təşkil olunan aşağıdakı layihələr[redaktə | HTML redaktə]
- 2013 — “Fly to Baku”, Azərbaycanın müasir incəsənət sərgisinin kuratorun müavini və koordinatoru. London, Paris, Berlin, Moskva, Roma, Vyana, Baku.
- 2013 — 55-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru.
- 2014 — “Here Today” ekoloji layihəsinin kuratorun müavini. London, İngiltərə.
- 2015 — “Baku-2015”. Birinci Avropa Oyunlarına həsr olunmuş sərgilər. Budapeşt, İstanbul, Paris, Roma, Davos, Moskva.
- 2015 — 56-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru.
- 2016–2018 — “Live Life” layihəsinin kuratoru. Berlin, Paris, Moskva, Tbilisi.
- 2016 — “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi. Krımski val, Tretyakovskaya Qalereyası, Moskva şəhəri, Russiya.
- 2017 — “Abşeron küləyi ilə doğulanlar. 1960-1980-ci illərin Azərbaycan rəssamları”. Müasir İncəsənət Muzeyi “Erarta”, Sankt-Peterburq, Russiya.
- 2017 — 57-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru
- 2018 — “Yeddi gözəl” sərgisinin kuratoru. Russiya, Moskva şəhəri.
- 2018 — Nəsimi Festivalı çərçivəsində keçirilən tətbirlərin kuratoru. Russiya, Moskva şəhəri.
- 2018 — Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş sərgisi. Varşava, London, Berlin, Roma, Vatikan, Paris, Tiflis.
- 2018 — 7-ci Moskva Müasir İncəsənət Biennalesinin ekspert şurasının üzvü.
- 2019 — II-ci Avropa oyunlara həsr olunmuş sərginin təşkilatçı. Belorussiya, Minsk şəhəri.
- 2019 — 58-ci Venesiya İncəsənət Biennalesi. Azərbaycan Milli Pavilyonun kuratoru.
- 2019 — Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) Azərbaycan pavilyonda daimi və müvəqqəti sərgilərin kuratoru.
- 2019 — 8-ci Moskva Müasir İncəsənət Biennalesinin ekspert şurasının üzvü.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Əməkdar incəsənət xadimi Emin Məmmədov Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildi . http://mct.gov.az/. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı (28.12.2020). Arxivləşdirilib (28 Dec 2020 - 2 Mar 2021).
- E.S.Məmmədovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . https://president.az/. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (18 mart 2021). Arxivləşdirilib (17 iyun 2021).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış pedaqoqlar
- 27 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 1970-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə