Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış köməkçi məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

MediaWiki:Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası

Şəki Ensiklopediyası səhifəsi
(Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search

Sov. İKP MK yanında İctimai Elmlər Akademiyası — SSRİ-də mərkəzi partiya qurumları, Sov.İKP MK-nın İttifaq Respublikaları KP MK-ları, obkom və raykomları, həmçinin ali təhsil müəssisələrinin müəllimləri, elmi-tədqiqat müəssisələrinin və elmi jurnalların elmi əməkdaşları üçün nəzəri işçilər hazırlayan ali partiya təhsil müəssisəsi.

Mütəxəssislərin hazırlığı Sov.İKP-nin tarixi, siyasi iqtisadiyyatın ümumi problemləri, sənaye iqtisadiyyatı, kənd təsərrüfatı iqtisadiyyatı, dünya iqtisadiyyatı, dialektik və tarixi materializm, müasir burjua fəlsəfəsi və sosiologiyasının tənqidi, elmi kommunizm, sovet cəmiyyətinin tarixi, beynəlxalq kommunist fəhlə və milli-istiqlal hərəkəti tarixi, ədəbşünaslıq, incəsənət və jurnalistika üzrə aparılırdı.

1964-cü ildə İEA yanında Elmi Ateizm İnstitutu yaradılmışdır.

İctimai elmlər akademiyasında aspitantların təhsili üçillik proqram üzrə həyata keçirilirdi. Üçüncü ilin sonunda aspirantlar elmlər namizədi dərəcəsi üzrə dissertasiyalarını müdafiə etməli idilər.

İEA kafedraları İEA-nın Elmi Şurası tərəfindən təsdiqlənməklə elmlər namizədi elmi dərəcəsi vermək hüququna malik idi.

Akademiyaya akademiyanın Elmi Şurasının sədri olan rektor rəhbərlik edirdi.