Vüqar Məmmədov
Jump to navigation
Jump to search
Vüqar Məmmədov | |
---|---|
Məmmədov Vüqar Kamal oğlu | |
Vüqar Məmmədov. | |
Anadan olub | 12 iyun 1972 |
Anadan olduğu yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, hüquq fakültəsi, qiyabi (1989–1990 və 1995–1999) |
İş yeri | Gəncə Hərbi Məhkəməsi (sədr) |
Vüqar Məmmədov — tanınmış hüquqşünas, Gəncə Hərbi Məhkəməsinin sədri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
12 iyun 1972-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1979 – 1989-cu illərdə Şəki şəhər 7 №-li orta məktəbində,
1989 – 1990 və 1995 – 1999-cu illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakültəsində (qiyabi) təhsil alıb.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
1990 – 1995-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1996-cı ildə “Ərk Qalası” firmasında hüquqşünas,
1996 – 2000-cı illərdə Bakı Qarnizonu Hərbi Məhkəməsində iclas katibi,
2000 – 2008-cı illərdə Respublika Apelyasiya Məhkəməsində iclas katibi,
2008 – 2013-cü illərdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi,
2013 – 2017-cı illərdə Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
2017-ci ildən Gəncə Hərbi Məhkəməsinin sədridir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- "Məmmədov Vüqar Kamal oğlu - Gəncə Hərbi Məhkəməsi". https://www.courts.gov.az/ (azərb.). Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası. 26 Jun 2021 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |