Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya: İ{{Kino sənətçisi |Adı = İsmayıl Osmanlı |Orijinal adı = İsmayıl Osman oğlu Osmanlı |Şəkil = İsmayıl Osmanlı....' ilə yarat
[[Kateqoriya: İ]]{{Kino sənətçisi
|Adı = İsmayıl Osmanlı
|Orijinal adı = İsmayıl Osman oğlu Osmanlı
|Şəkil = İsmayıl Osmanlı.jpg
|şəklin ölçüsü =
|Şəkil məlumat =
|İlk adı =
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi|1902|4|11}}
|Doğum yeri = [[Nuxa]], {{flaqifikasiya|Rusiya İmperiyası}}
|Vəfatı = {{vəfat tarixi və yaşı|1978|6|22|1902|4|11}}
|Vəfat yeri = [[Bakı]], {{AzSSR}}, {{SSRİ}}
|Vəfat səbəbi =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi = [[Aktyor]]
|Vətəndaşlıq =
|Fəaliyyət illəri =
|İstiqamət =
|Mükafatları = {{SSRİ xalq artisti}} {{Azərbaycan SSR xalq artisti|1949}}<br/> {{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)}} {{"Şərəf Nişanı" ordeni}}
|imdb_id = 2363740
|İmzası =
|Sayt =
}}

'''Osmanlı İsmayıl Osman oğlu''' — azərbaycanlı aktyor. [[SSRİ Xalq artisti]] ([[1974]]).<ref>Pirimova, N. Hamam hamam içində: [Xalq artisti İsmayıl Osmanlı haqqında] //Kaspi .- 2014.- 25 aprel.- S. 10.</ref>

== Həyatı ==
İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil), Nikita Pavloviç ("Qızıl çeşmə", Qurban Musayev), Məşədi Cəfər ("Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım ("Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, ("Həyat" və "Kəndçi qızı", Mirzə İbrahimov), Koxa Məmməd ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib ("Ölülər" və "Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad ("Oqtay Eloğlu" və "Aydın", Cəfər Cabbarlı), Kefli Bəşir ("Bahar suları", İlyas Əfəndiyev), Cəbi ("Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Əşrəf ("Türkiyədə", Nazim Hikmət), İsidor Cakeli ("Darıxma, ana!", Nodar Dumbadze), Aleksandrov ("Canlı meyit", Lev Tolstoy), General Berqoyn ("Şəxsi iş", Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern ("Otello", "On ikinci gecə" və "Hamlet", Vilyam Şekspir), Krutitski, Tixon və karandışev ("Müdriklər", "Tufan" və "Cehizsiz qız", Aleksandr Ostrovski).

İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib.

İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.

== Adlar və mükafatlar ==
# Azərbaycan SSR-nin əməkdar artisti — 4 may 1940
# Azərbaycan SSR-nin xalq artisti — 21 iyul 1949
# SSRİ xalq artisti — 01.08.1974<ref name="01.08.1974">[http://www.anl.az/down/he_serencamlar.pdf İ.O.Osmanlıya SSRİ xalq artisti fəxri adı verilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1 avqust 1974-cü il tarixli '''Fərmanı'''] — '''anl.az''' saytı</ref>
# "Şərəf Nişanı" ordeni
# "Qırmızı Əmək Bayrağı" ordeni

== Filmoqrafiya ==
#[[Bakıda küləklər əsir (film, 1974)]]
#[[Bayquş gələndə... (film, 1978)]]
#[[Bəxtiyar (film, 1955)]]
#[[Bir məhəllədən iki nəfər (film, 1957)]]
#[[Dəli Kür (film, 1969)]]
#[[Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)]]
#[[Əsl dost (film, 1959)]]
#[[Əzim Əzimzadə (film, 1967)]]
#[[İcazə (film, 1972)]]
#[[İntizar (film, 1969)]]
#[[İsmayıl Osmanlı (film, 1974)]]
#[[İyirmialtılar (film, 1966)]]
#[[Kəndlilər (film, 1939)]]
#[[Mən ki gözəl deyildim (film, 1968)]]
#[[Nəsimi (film, 1973)]]
#[[O olmasın, bu olsun (film, 1956)]]
#[[Poçt qutusu (film, 1967)]]
#[[Sehrli xalat (film, 1964)]]
#[[Sənətin sönməyən ulduzu. İsmayıl Osmanlı (film, 2014)]]
#[[Səmt küləyi (film, 1973)]]
#[[Su ərizəsi (film, 1964)]]
#[[Torpaq. Dəniz. Od. Səma (film, 1967)]]
#[[Ulduzlar sönmür (film, 1971)]]
#[[Yeddi oğul istərəm... (film, 1970)]]
#[[Yenilməz batalyon (film, 1965)]]

== İstinadlar ==
<references/>

== Xarici keçidlər ==
* [http://www.youtube.com/watch?v=2fkeZE5Wock İzlə]
* [http://bizimasr.media-az.com/arxiv_2002/iyun/139/meden.html]
* [http://www.xalqqazeti.com/index.php?lngs=aze&cats=9&ids=8222]

[[Kateqoriya:Azərbaycan aktyorları]]
[[Kateqoriya:Azərbaycan SSR xalq artistləri]]
[[Kateqoriya:SSRİ xalq artistləri]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri]]

Naviqasiya menyusu