Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:Q{{Alim |Şəkil = Qərib Calalov.jpg |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Qərib Cəlalov |Tam adı = Calalov Qərib İsaq oğlu |Digər adla...' ilə yarat
[[Kateqoriya:Q]]{{Alim
|Şəkil = Qərib Calalov.jpg
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Adı = Qərib Cəlalov
|Tam adı = Calalov Qərib İsaq oğlu
|Digər adları =
|Doğum tarixi = [[28 noyabr]], [[1937]]
|Doğum yeri = [[Baş Göynük]], [[Şəki rayonu]], [[Azərbaycan]]
|Elmi dərəcəsi = texnika elmləri doktoru
}}

'''Qərib Calalov''' - texnika elmlər doktoru, professor, [[AMEA]]-nın müxbir üzvü, AMEA-nın [[Geologiya və Geofizika İnstitutu]]nun şöbə müdiri.

== Həyatı ==

Qərib Calalov [[28 noyabr]] [[1937]]-ci ildə [[Şəki]] rayonunun [[Baş Göynük]] kəndində ziyalı ailəsində anadan olmuşdur. [[1955]]-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, [[1960]]-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur.

[[1967]]-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

[[1990]]-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. [[1990]]-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu.

[[2001]]-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. [[2003]]-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.

Onun əsas elmi fəaliyyəti deformasiya olunan böyük yatma dərinlikli məsaməli, çatlı və çatlı-məsaməli neft və qaz yataqlarının kollektorlarında baş verən süzülmə proseslərinin hidro-qazdinamik modelləşdirmə üsullarının yaradılması üzrə kompleks tədqiqatlar aparılması və bu tədqiqatlar əsasında işlənmənin texnoloji göstəricilərini təyin etməyə imkan verən yeni effektiv hesabat sxemlərinin işlənməsi ilə bağlıdır.

Keçiriciliyə nəzərən qeyri-bircins layların modelləşdirilməsinin yeni üsulu təklif edilmiş və süzülmənin qazhidrodinamik məsələlərinin dəqiq və təqribi analitik həlləri alınmışdır. Maye və qazın qərarlaşmamış süzülməsi şəraitində deformasiya olunan layların süzülmə-tutum parametrlərinin identifikasiyası üsulu yaradılmışdır.
180-dən elmi məqalənin (bunlardan 30-u xaricdə çap olunmuşdur), 2 monoqrafiyanın müəllifidir. İndiyədək onun rəhbərliyi ilə 8 nəfər elmlər namizədi alimlik dərəcəsinə yiyələnmişdir.

Amerika Beynəlxalq mühəndis neftçilər cəmiyyətinin üzvüdür. [[1985]]-ci ildə "Əmək veteranı" medalı, [[1985]]-ci ildə bir qrup alimlə birgə "Mürəkkəb dağ-geoloji şəraitlərdə çoxsaylı neft və qaz yataqlarının öyrənilməsinin dağ-geofiziki və hidrodinamiki üsulları kompleksinin yaradılması və tətbiqi" işinə görə akad. İ.M.Qubkin adına mükafata layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə mükafatlanıb.

== Əsas elmi əsərlərin adları ==
# Birgə istismar olunan çoxtəbəqəli yataqlarda quyuların tədqiqi məlumatlarının analizi (ingilis dilində) Project report İDOGD/UNOCAL, USA.
# Neft və qaz yataqlarının işlənməsi prosesində terrigen kollektor süxurlarının süzülmə-tutum xassələrinə lay təzyiqinin təsiri (rus dilində) Геология нефти и газа, №5, 1997.
# Karbohidrogen yataqlarının işlənmə tarixi məlumatları əsasında hidrodinamik modellərin sazlanması haqqında (rus dilində). Известия НАНА, серия науки о земле, №2, 2000.
# Çatlı kollektorların hidroqazdinamikası (rus dilində).<nowiki></nowiki> Баку, Элм, 1988
# Flüyüdlərin qərarlaşmış süzülməsi şəraitində deformasiya olunan layların süzülmə-tutum parametrlərinin identifikasiyası metodikası(rus dilində). Баку, Элм, 1989

== Mənbə ==
* http://www.science.az saytı, struktur bölməsində AMEA-nın müxbir üzvləri
* Alim və ziyalılar. "Bakı Universiteti Nəşriyyatı", Bakı, 2002, 582 səh.

== Həmçinin bax ==

[[Kateqoriya:Azərbaycan alimləri]]
[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:1937-ci ildə doğulanlar]]
[[Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları]]
[[Kateqoriya:AMEA-nın müxbir üzvləri]]
[[Kateqoriya:Şəki rayonunda doğulanlar]]

Naviqasiya menyusu