Changes

Jump to navigation Jump to search
3.935 bayt əlavə edildi ,  21:27, 20 mart 2020
Səhifəni 'Kateqoriya:M{{Şəxs |Şəkil = Mikayıl Cəbrayılov.jpg |Şəkil məlumat = |Şəkil miqyası = 150px |Adı = MİKAYIL CƏBRAYILOV |Tam adı...' ilə yarat
[[Kateqoriya:M]]{{Şəxs
|Şəkil = Mikayıl Cəbrayılov.jpg
|Şəkil məlumat =
|Şəkil miqyası = 150px
|Adı = MİKAYIL CƏBRAYILOV
|Tam adı = Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu
|Digər adları =
|Fəaliyyəti =
|Doğum tarixi = {{Doğum_tarixi|1952|04|27}}
|Doğum yeri = [[Oxud]], [[Şəki]], {{AzSSR}}
|Vəfatı = {{Vəfat tarixi və yaşı|1990|12|15|1952|04|27}}
|Vəfat yeri = [[Mikayıllı (Xocalı)|Mikayıllı]], [[Xocalı]], [[Azərbaycan Respublikası]]
|Vəfat səbəbi = [[şəhid]] olmuşdur.
|Dəfn yeri = [[Oxud]], [[Şəki rayonu]], {{AZE}}
|Atası = [[Əhmədiyyə Cəbrayılov]]
|Anası = Sürayyə Cəbrayılova
|Yoldaşı =
|Uşaqları =
|Sayt =
|Mükafatları = {{Azərbaycanın Milli Qəhrəmanı}}
}}
{{eyni soyad|Cəbrayılov}}
'''Mikayıl Cəbrayılov''' — [[Azərbaycanın Milli Qəhrəmanı]]; [[Qarabağ müharibəsi]] [[şəhid]]i.

== Həyatı ==
Mikayıl Cəbrayılov [[27 aprel]] [[1952]]-ci ildə [[Şəki rayonu]]nun [[Oxud]] kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı [[Əhmədiyyə Cəbrayılov]]un ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. [[1971]]-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.

Daha sonra Milis məktəbinə daxil olur, [[1978]]-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.

== Döyüşlərdə iştirakı ==
[[1990]]-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar [[Cəmilli (Xocalı)|Cəmilli kəndini]] müdafiə etməli idilər. Bir müddət sonra o [[Kosalar (Xocalı)|Kosalar]]a, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq o təslim olmur və [[1990]]-cı il [[15 dekabr]]da əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olur.

== Ailəsi ==
Ailəli idi, bir övladı var.

== Milli Qəhrəman ==
[[Şəkil:Monument and grave of Mikayil Jabrayilov in Okhud village of Shaki.JPG|thumbnail|Mikayıl Cəbrayılovun Oxud kənd qəbiristanlığındakı qəbirüstü abidəsi]]
Azərbaycan Respublikası prezidentinin [[6 iyun]] [[1992]]-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

[[Şəki rayonu]]nun [[Oxud]] kəndində dəfn edilmişdir.

Mikayılın adına [[Şəki şəhəri]]ndə küçə var.

Həlak olduğu [[Mikayıllı (Xocalı)|Mikayıllı kəndi]] onun adını daşıyır.

== Mənbə ==
*[[Vüqar Əsgərov]]. [[Azərbaycanın Milli Qəhrəmanları (kitab)|"Azərbaycanın Milli Qəhrəmanları"]] (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh.56-57.

== Xarici keçidlər ==
* [http://zengilan.com/qehreman.php?subaction=showfull&id=1200060914&archive=&start_from=&ucat=10& Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu]

== Həmçinin bax ==
* [[Azərbaycanın Milli Qəhrəmanları]]
* [[Mikayıllı (Xocalı)|Mikayıllı]]

{{Azərbaycanın milli qəhrəmanları}}

[[Kateqoriya:Azərbaycanın milli qəhrəmanları]]
[[Kateqoriya:Qarabağ müharibəsi iştirakçıları]]
[[Kateqoriya:Şəki rayonunda doğulanlar]]
[[Kateqoriya:Şəhidlər]]
[[Kateqoriya:Xocalı rayonunda vəfat edənlər]]
[[Kateqoriya:Şəki rayonunda dəfn olunanlar]]

Naviqasiya menyusu