Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Mikayıl Cəbrayılov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mikayıl Cəbrayılov
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu
Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov.
Doğum tarixi 27 aprel 1952(1952-04-27)
Doğum yeri Oxud, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 dekabr 1990 (38 yaşında)
Vəfat yeri Xocalı rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Oxud, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Atası Əhmədiyyə Cəbrayılov
Anası Sürayyə Cəbrayılova
Təhsili Milis Məktəbi (1976–1978)
Hərbi fəaliyyəti
Rütbə milis baş leytenantı
milis baş leytenantı
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı
"Qırmızı Ulduz" ordeni
Commons-logo.svg Commonsda da Mikayıl Cəbrayılov ilə əlaqəli mediafayllar var

Mikayıl Cəbrayılov (1952–1990) — Birinci Qarabağ müharibəsi şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Fransa partizan hərəkatının əfsanəvi döyüşçüsü Əhmədiyyə Cəbrayılovun oğludur.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

Monument and grave of Mikayil Jabrayilov in Okhud village of Shaki.JPG

27 aprel 1952-ci il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1959 – 1967-ci illərdə Oxud kənd məktəbində səkkizillik təhsil alıb.

1967 – 1969-cu illərdə Şəki (Nuxa) şəhər 5 saylı fəhlə-gənclər məktəbində oxuyub.

1976 – 1978-cı illərdə Milis Məktəbində oxuyub və milis leytenantı rütbəsi alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1969-cu ildə V.İ.Lenin adına Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb.

1971-ci ildə Şəki şəhər Daxili İşlər şöbəsinə milis nəfəri vəzifəsinə qəbul edilib.

1978-ci ildən Şəki şəhərində sahə müvəkkili işləyirdi.

Vəfatı[redaktə | HTML redaktə]

12 dekabr 1990-cı il tarixdə dörd nəfər milis əməkdaşı ilə Qarabağa ezam olunub; onlar Cəmilli kəndinin müdafiəsini təşkil etməli idilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək üçün 15 nəfərlik dəstə ilə Kosalar kəndinə yola düşüb. Cəmilli – Kosalar kəndləri arasında ermənilər qəflətən hücuma keçiblər. Snayper gülləsi bir milis serjantını yaralayıb. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yaralanıb. O, maşından yerə atılıb və yoldaşlarının həyatını xilas etmək üçün atışmağa başlayıb; ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da son anda özü döyüş meydanında həlak olub.

Şəki rayonunun Oxud kəndində dəfn edilib.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəli idi. Bir övladı var.

Təltifləri[redaktə | HTML redaktə]

Ölümündən sonra SSRİ-nin “Qırmızı Ulduz” ordeninə və daha sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Xatirəsi[redaktə | HTML redaktə]

Şəki şəhərində bir küçəyə adı verilib.

Həlak olduğu kənd onun adını daşıyır.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Qaffarov A., Əmrahov M., İsmayılova G., Mirzəyeva S., Salamov A., Paşayev İ., Süleymanov B., Həmidli T. Ağlama, anam, ağlama! // Şəki Qartalları / Əmrahov M.İ.. — Bakı: “Hüquq ədəbiyyatı”. — Səhifələrin sayı:  424. — Səh.: 9 – 13. — (Ş 4702060206–001/h 062–98).
  1. Vüqar Əsgərov Azərbaycanın Milli Qəhrəmanları / Redaktor: Kamil İsmayılov. — Bakı: Qapp-poliqraf, 2005. — Səhifələrin sayı:  250. — Səh.: 25. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 aprel 2019.