Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:Z'''Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu''' (3 dekabr, 1913 - 9 iyul, 1992) - Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzr...' ilə yarat
[[Kateqoriya:Z]]'''Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu''' ([[3 dekabr]], [[1913]] - [[9 iyul|9 iyul,]] [[1992]]) - Azərbaycan SSR EA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, [[professor]]. {{Alim
|Adı = Zülfüqar Zülfüqarov
|Orijinal adı =Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov
|Şəkil =Зульфугар Зульфугаров.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi|1913|12|3}}
|Doğum yeri = [[Şəki rayonu]]
|Vəfatı = {{vəfat tarixi|1992|31|9}}
|Vəfat yeri = Bakı
|Vətəndaşlıq = {{AZE}}
|Milliyət = [[azərbaycanlı]]
|Atası = Hüseynqulu
|Anası =
|Elm sahəsi = [[Kimya]]
|Alma mater =
|Təhsili = [[Bakı Sənaye Universiteti]]
|İş yeri = Qeyri-üzvi və Fiziki Kimya İnstitutu
|Elmi dərəcəsi = Kimya elmləri doktoru
|Elmi vəzifəsi = [[Professor]]
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
}}

== Həyatı ==
* 1913-cü il dekabrın 3-də Şəki şəhərində anadan olub. Onun uşaqlığı, məktəb illəri və gəncliyi də Şəkidə keçmişdir.
* 1916-ci ildə atası vəfat etdikdən sonra o, iki qardaşı və bacısı ilə anasının himayəsində qalmışdır.
* 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib.
* 1938-ci ildə SSSRİ EA-nın Azərbaycan filialının kimya institutunda aspirant olmuşdur.
* 1939-cu ildən SSRİ EA-nın Azərbaycan Filialının Kimya institutunun fiziki kimya Labaratoriyasında kiçik elmi işçi kimi çalışmışdır. Daha sonralar Azərbaycan EA-nın qərarı ilə fiziki-kimya ixtisası üzrə "baş elmi işçi" adı təsdiq edilmişdir və labaratoriyanın rəhbəri seçilmişdir.
* 1941-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1957-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1959-cu ildə isə professor elmi adını alıb, 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.
* 1958-ci ildə SSRİ AAK-nın qərarı ilə kimya elmləri doktoru alimlik dərəcəsi təsdiq edilmişdir. Azərbaycan Kimya jurnalı redaksiya heyətinin üzvü olub.
* 1968-1970-ci illərdə Azəbaycan SSR EA Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, 1970-1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru, 1983-cü ildən ömrünün axırına kimi QÜFKİ-də laboratoriya müdiri olub.
* Vəfatından sonra onun adı həyatı boyu sevdiyi gözəl vətəni - Şəki şəhərində yeni salınmış küçəyə verilmiş, əbədiləşdirilmişdir.<ref name=":0">[http://kqkiamea.az/az/content/1 Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru - Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu]</ref>

== Elmi fəaliyyəti ==

Z.Zülfüqarovun elmi fəaliyyəti respublikada güclü potensial ehtiyatlara malik olan mineral xammalın - alümosilikatların, seolitlərin, bentonit gil minerallarının və digər mürəkkəb oksid sistemlərin neft fraksiyalarının emalında katalizator və adsorbent kimi işlənilməsi istiqamətinə yönəlib. Bu tip katalizator və adsorbentlərin hazırlanma şəraitinin təkmilləşdirilməsi nəticəsində alim onların fiziki-kimyəvi xassələri, səthlərinin kimyəvi təbiəti ilə katalitik və uduculuq qabiliyyətləri arasındakı qarşılıqlı əlaqənin təbiətini öyrənmiş, konkret korrelyasiya qanunauyğunluqlarını aşkar etmişdir. Alimin əldə etdiyi elmi nəticələr onun «Krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə sintez şəraitinin təsiri», "Azərbaycan bentonit gillərinin və qumbrinin fiziki-kimyəvi xassələri və ağardıcı qabiliyyətlərinin tədqiqi", “Modifikasiya olunmuş Y-tipli seolitlər əsasında heterogenləşdirilmiş katalizatorlar” və bir çox başqa əsərlərində öz əksini tapıb.<ref name=":0" />
== Beynəlxalq konfranslarda iştirakı ==
* 1962-ci il Moskvada sənaye prosesləri üçün katalizatorların seçilməsi və hazırlanmasına həsr edilmiş ümumittifaq müşavirəsinin iştirakçısı.
* 1960-cı il Makromolekulyar kimya sahəsində simpozium.
* 1964-cü ildə III kataliz konqresinin iştirakçısı (Amsterdam).
* 1967-ci ildə "Qeyri-üzvi və fiziki-kimya sahəsində tədqiqatlar və onların kimya sənayesində rolu" konfransı.
* 1967-1969-cu illərdə Ümumittifaq IV heterogen Kataliz konqresinin iştirakçısı (Moskva).
* 1973-cü ildə "Oksidləşmə heterogen kataliz"ə həsr edilmiş elmi konfransda təşkilat komitəsinin üzvü.
* "Elmin tarixi" IV Qafkaz konfransı.
* 1975-ci ildə "Mechanisms of hydrocarbon reactions"(Siofok, Hungery, Budapest) simpoziumu.
* 1976-cı ildə II Qafqaz konfransı.
* 1979-cu ildə Neft kimyasının aktual problemlərinə həsr edilmiş İkinci Ümumittifaq seminarı.
* 1980-ci ildə "Yod və bromun kimya və texnologiyası ümumittifaq müşavirəsində (Aşqabad) iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
* 1980-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə dördüncü Qafkaz konfrası.
* 1981-ci ildə BVM iştirakçısı vəsiqəsini (№484560) almışdır.
* 1981-ci ildə "Seolitlərin katalizdə tətbiqi" İkinci Ümumittifaq konfransı.
* 1982-ci ildə Adsorbsiya və xromotoqrafiya üzrə Beşinci Qafqaz konfransında təşkilat komissiyasının sədri.(Bakı).
* 1984-cü ildə "Qazların katalitik Üsulla kükürdsüzləşdirilməsi" İkinci Ümumittifaq müşavirəsi.
* 1985-ci ildə "Seolitlərin katalizdə tətbiqi" Üçüncü Ümumittifaq konfransı.(Moskva);
* 1985-ci ildə "Təbii seolitlər" dördüncü Bolqar-Sovet simpoziumu.

== Nailiyyətləri ==
400-dən çox elmi əsərin, 62 ixtira və patentin, 2 monoqrafiyanın müəllifidir. Z.Zülfüqarovun rəhbərliyi ilə 7 elmlər doktoru, 47 fəlsəfə doktoru yetişdirilib.

== Mükafatları ==
Z.Zülfüqarov II dərəcəli Vətən Müharibəsi ordeni və 16 müxtəlif medallarla təltif olunub, 2 dəfə Azərbaycan SSR Dövlət Mükafatı Laureatı və Azərbaycan SSR-nin “Əməkdar Elm xadimi” adına layiq görülüb:
* 1944-cü ildə «Qafqazın müdafiəsi» medalı ilə təltif olunub.
* 1945-ci ildə «Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə» medalı ilə təltif olunub.
* 1952-ci ildə «Əmək rəşadətinə görə» medalı ilə təltif olunub.
* 1965-ci ildə «1941-1945-ci ildə qələbənin 20 illiyi» medalı ilə təltif olunub.
* 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100-illiyi münasibəti ilə «Fədakar əməyə görə» yubiley medalı ilə təltif olunub.
* 1974-cü ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə “Azərbaycan SSR-in Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.
* 1975-ci ildə «1941-1945-ci ildə qələbənin 30 illiyi» medalı ilə təltif olunub.
* 1976-cı ildə «SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri sərgisinin» gümüş medalı ilə təltif olunub.
* 1977-ci ildə «Əmək veteranı» medalı ilə təltif olunub.
* 1978-ci ildə “Azərbaycan Dövlət Mükafatı” və «IX beşillik zərbəçisi» tərifnaməsi ilə təltif olunub.
* 1985-ci ildə «2-ci dərəcəli Vətən müharibəsi» ordeni, «1941-1945-ci illərdə qələbənin 40 illiyi» medalı ilə təltif olunub.
* 1987-ci ildə “Azərbaycanda milyard ton neftin hasilatı” və “50 il partiyada” nişanları ilə təltif olunub.
* 1988-ci ildə «SSRİ Silahlı qüvvələrinin 70 illiyi» medalı ilə təltif olunub.

== Əsas elmi əsərləri ==

=== Kitabları ===
# «Влияние условий синтеза крекирующих катализаторов на их физико-химические свойства». Баку. Изд-во АН Азерб. ССР, 1957, 222 с.
# «Исследование физико-химических свойств и отбеливающей способности глин месторождений Азербайджанской ССР и гумбрина». Баку. Изд-во АН Азерб. ССР. 1957. 247 с.

==== Məqalələri ====
# Свобода на исследование истины. газ. Бакинский рабочий, 1992.
# Кислотные свойства кристаллического и аморфного алюмосиликата методом термодесорбции аммиака. Вестн. Московск. Ун-та.1989.
# Исследование возможности использования некоторых промышленных отходов нефтехимического производства в качестве катализаторов. АХЖ. 1989.

== İstinadlar ==

{{İstinad siyahısı}}

[[Kateqoriya:Azərbaycanlı alimlər]]
[[Kateqoriya:AMEA-nın müxbir üzvləri]]
[[Kateqoriya:Şəki rayonunda doğulanlar]]

Naviqasiya menyusu