Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
[[Kateqoriya:s]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış alimlər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]]{{Alim
|adı = Səyyad İbrahimov
|orijinal adı = Səyyad Cabbar oğlu İbrahimov
|digər adları =
|Şəkil = İbrahimov Səyyad.jpg
|şəklin ölçüsü =
|şəklin izahı = Səyyad İbrahimov
|piktoqram =
|doğum tarixi = {{Doğum tarixi|1936|8|27}}
|doğum yeri = [[Şəki]], [[Azərbaycan SSR]]
|vəfat tarixi = {{Vəfat tarixi və yaşı|2016|12|17|1936|8|27}}
|vəfat yeri = [[Bakı]], [[Azərbaycan]]
|vəfat səbəbi =
|dəfn yeri =
|vətəndaşlığı = {{USSR}}→<br>{{AZE}}
|milliyyəti =
|həyat yoldaşı =
|uşağı =
|atası =
|anası =
|elm sahəsi = [[neft]], [[qaz]]
|elmi dərəcəsi = texnika elmləri namizədi
|elmi adı =
|iş yeri = [[Azərbaycan Respublikası Dövlət Neft Şirkəti]]
|alma-mater =
|təhsili =
|elmi rəhbəri =
|tanınmış yetirmələri =
|tanınır =
|mühüm layihələri =
|üzvlüyü =
|mükafatları = {{Azərbaycan SSR əməkdar mühəndisi|1991}}<br>{{"Şərəf Nişanı" ordeni}} {{Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı}}
|imzası =
|saytı =
|vikianbar =
}}

'''Səyyad Cabbar oğlu İbrahimov''' <ref>[https://news.day.az/azerinews/852654.html SOCAR-ın sabiq birinci vitse-prezidenti vəfat etdi]</ref>) — azərbaycanlı neftçi-alim, Azərbaycan neft sənayesinin nümayəndəsi, [[Azərbaycan Respublikası Dövlət Neft Şirkəti]]nin I vitse-prezidenti (1994–1997).<ref>[http://www.e-qanun.az/framework/8779 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı]</ref>, Azərbaycan SSR əməkdar mühəndisi (1991). Səyyad İbrahimov texnika elmləri namizədi alimlik dərəcəsini almış (1992), 20 elmi məqalənin və 17 ixtiranın müəllifi (istehsalat proseslərinin təkmilləşdirilməsi və səmərələşdirilməsi) olmuşdur.

== Həyatı ==
Səyyad Cabbar oğlu İbrahimov 1936-cı ildə [[Şəki]] şəhərində ziyalı ailəsində anadan olmuşdur. Səyyad İbrahimov 1954-cü ildə orta məktəbi qızıl medalla bitirərək [[Azərbaycan Dövlət Neft və Sənaye Universiteti|Azərbaycan Sənaye İnstitutu]]nun [[ADNSU Neft-mexanika fakültəsi|neft-mexanika fakültəsi]]nə daxil olur. 1959-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatını [[Neft Daşları]]na alır və həyatının növbəti 32 ilini bura həsr edir.<ref>{{cite book|last=Haciyev|first=Vahid|title=Tufanlardan keçən ömür|date=1999|publisher=Ağrıdağ|location=Bakı|page=|pages=|ref=}}</ref>

== Əmək fəaliyyəti ==
Əmək fəaliyyətinə [[Neft Daşları]]ndan başlayan Səyyad İbrahimov 1959–1972-ci illərdə burada çilingər, mexanik, böyük mexanik, neft-qazçıxarma ustası, mədən müdrinin müavini, mədən müdiri, 1979–1980-ci illərdə Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) baş mühəndisi, 1980–1991-ci illərdə isə Neft Daşları NQÇİ-nin rəisi kimi çalışmışdır.<ref>[http://www.e-qanun.az/framework/6371 Neft və qaz sənayesi işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında]</ref>
Səyyad İbrahimov Neft Daşlarının dünya miqyasında şöhrətlənməsində neft mütəxəssisi və istehsalat təşkilatçısı kimi xidmət göstərmişdir. [[Bəxtiyar Məmmədov (neftçi)|Bəxtiyar Məmmədov]], [[Bəhmən Hacıyev]], [[Qurban Abbasov (neftçi)|Qurban Abbasov]] kimi şəxslərdən sonra Neft Daşlarına rəhbərlik etmişdir. Onun rəhbərlik etdiyi 11 il ərzində Neft Daşları neft sənayesinin öncülü olaraq qaldı. Belə ki, bu dövrdə:
* mövcud 11 ədəd neftyığma məntəqəsi yeni üç iriləşdirilmiş neftyığma məntəqəsi ilə əvəz edilmiş,
* iriləşdirilmiş separasiya qurğuları tikilmiş,
* 1 saylı sıxıcı kompressor stansiyası genişləndirilmiş,
* yeni helikopter meydançası tikilmiş,
* Neft Daşlarından sahilə — [[Dübəndi (liman)|Dübəndi]] neftyığma məntəqəsinə iki sualtı neft kəməri çəkilmiş,
* analoqu olmayan gücü 48 Mvt olan qaztrubinli [[elektrik stansiyası]]nın tikilməsi və s. bu kimi yenidənqurma və bərpa işləri Səyyad İbrahimovun rəhbərliyi altında reallaşmışdır.

Dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə Neft Daşları yatağında [[neft]] vermə əmsalının 50%-dən çox olmasında S.İbrahimovun əməyi olmuşdur. Neft Daşlarında iki horizontu bir quyu ilə birgə istismar metodunun tətbiqini də məhz Səyyad İbrahimovun briqadası həyata keçirmişdir.

1992-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb. Bunlara misal olaraq "Quraşdırma klapanları", "Qazlift qaldırmaları olan quyularda buraxıcı klapanların hansı dərinlikdə qoyulmasını təyin edən üsul" və digər ixtiraları göstərmək olar.

1992–1994-cü illərdə Səyyad İbrahimov "28 Aprel" ([[Günəşli Neft Yatağı|Günəşli yatağı]]) Neft-qazçıxarma İdarəsinin rəisi vəzifəsində çalışmışdır. Yatağın mənimsənilməsində, işlənilməsində, hasilatın yığılması və sahilə nəql olunmasında Səyyad İbrahimovun böyük rolu olmuşdur. Belə ki, "[[Günəşli Neft Yatağı|Günəşli]]"də neft və qaz itkisinin qarşısının alınmasına yönəldilmiş texniki-texnoloji tədbirlər Səyyadın rəhbərliyi altında həyata keçirildi. [[Amerika]]nın "Pennzoil" şirkəti ilə birlikdə açıq dənizdə Neft Daşlarında 2 saylı kompressor stansiyası tikildi. Bunun nəticəsi olaraq əvvəllər "Günəşli" yatağında gündə atmosferə atılan 3–3.5 milyon kubmetr qaz sahilə, Azərbaycanın qazla təminat sisteminə nəql olundu.<ref>[https://news.day.az/economy/25757.html Нефтяная компания Ramco хочет вернуться в Азербайджан]</ref> Həmçinin onu da qeyd etmək lazimdir ki, məhz bu dövrdə artıq [[Amerika]]nın "Pennzoil" və [[Böyük Britaniya]]nın "Ramco" şirkətləri bu yatağın dayazsulu hissəsinin birgə işlənməsi ilə bağlı Azərbaycan höküməti ilə danışıqlara başlamışdılar.<ref>[https://www.azer.com/aiweb/categories/magazine/24_folder/24_articles/24_oilchronology.html Chronology of AIOC Oil Contract]</ref>

[[Azərbaycan Respublikası]]nın Prezidenti [[Heydər Əliyev]]in 29 yanvar 1994-cü il tarixli sərəncamına əsasən Sayad Cabbar oğlu İbrahimov [[Azərbaycan Respublikası Dövlət Neft Şirkəti]]nin birinci vitse-prezidenti təyin edildi.<ref>[http://www.e-qanun.az/framework/8779 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı]</ref> Məhz bu dövrdə [[Azəri-Çıraq-Günəşli|Azəri, Çıraq, Günəşli]] yataqlarının birgə işlənməsi və neft Hasilatının Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanması üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və altı xarici ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti arasında danışıqlar özünün ən vacib mərhələsində idi. [[Xoşbəxt Yusifzadə]], Əhməd Zeynalov kimi neftçilər ilə birgə işçi qrupunun tərkibində olan Səyyad Cabbar oğlu [[ABŞ]]-da, [[İngiltərə]]də, [[Norveç]]də və s. ölkələrdə xidməti səfərlərdə olmuşdur. Belə ki, işçi qrupunun gərgin əməyi nəticəsidə sazişin bütün detalları razılaşdırılaraq 20 sentyabr 1994-cü ildə HPBS imzalanmışdır.<ref>[https://www.bp.com/content/dam/bp/country-sites/az_az/azerbaijan/home/pdfs/legalagreements/psas/en-az-restated-acg-psa.pdf Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş]</ref> Bu, Azərbaycanın dənizdə işlənmələr üzrə birinci HPBS-idir. Müddəti 30 il olan bu HPBS qərb [[transmilli şirkət]]ləri tərəfindən keçmiş [[Sovet Sosialist Respublikaları İttifaqı|Sovet İttifaqı]] respublikalarına yatırılan ilk mühüm sərmayə qoyuluşunu təmsil edir və [[Əsrin Müqaviləsi]] kimi tanınmışdır.<ref>[https://www.azer.com/aiweb/categories/magazine/24_folder/24_articles/24_oilchronology.html Chronology of AIOC Oil Contract]</ref>

Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində yuxarıda qeyd olunan aparıcı vəzifələrdə çalışmış Səyyad İbrahimov Azərbaycanın neft sənayesinin inkişafında rolu olmuşdur. Bu əsasla ona bir sıra mükafatlar verilmiş və Azərbaycan Respublikasının Prezidenti [[İlham Əliyev]]in sərəncamı əsasında [[Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü|Azərbaycan Prezidentinin fərdi təqüdçüsü]] layiq görülmüşdür.

Səyyad İbrahimov 20 elmi məqalənin və 17 ixtiranın müəllifidir.

Həmçinin qeyd etmək lazımdır ki, Səyyad İbrahimov 1991-ci ildə çəkilən "[[Qara daşların sakinləri (film, 1991)|Qara daşların sakinləri]]" adlı sənədli qısametrajlı filmində məsləhətçi qismində çıxış edib.<ref>Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.</ref>

== Xatirəsi ==
Səyyad İbrahimovun azərbaycanlı netfçilərdən [[Sabit Orucov]]u, [[Bəxtiyar Məmmədov (neftçi)|Bəxtiyar Məmmədovu]], [[Bəhmən Hacıyev]]i, [[Qurban Abbasov (neftçi)|Qurban Abbasovu]], [[Xoşbəxt Yusifzadə]] və başqaları ilə sıx bağlılığı olmuşdur.
Belə ki, Səyyad İbrahimov dəfələrlə Bəxtiyar Məmmədov haqqında xatirə və fikirlərini bölüşmüşdür. Həm tələbəlik illərində, həm də Neft Daşlarında işlədiyi zaman Səyyad İbrahimov neftçi Bəxtiyarın onun ən yaxın məsləhətçisi və mənəvi dayağı olduğunu söyləyirdi.
[[Lenin mükafatı]] laureatı olan və Neft Daşlarına rəhbərlik etmiş [[Bəhmən Hacıyev]]in dəstəyi və təşəbbüsü ilə Səyyad İbrahimov böyük mühəndis və mədən müdrinin müavini vəzifələrinə irəli çəkilmişdir.<ref>{{cite book|last=Bayramov|first=Bayram|title=Neft Daşları - tufanlar qoynunda həyat|date=2007|publisher=Təhsil|location=Bakı|page=|pages=252|ref=}}</ref>

Azərbaycanın Xalq şairi [[Fikrət Qoca]]nın Səyyad İbrahimova ünvanladığı şeirdən bir parça;
{{sitat|
Sən də indi dənizdəsən, Səyyad|
Başının üstündə mavi səma|
Ayağının altında mavi səma|
Bir də gecənin qaranlığında|
Buruqlara uzanan polad dəhliz|
Xəyalında sahil|
Sahilindəki mənzil,|
Mənzilindəki körpə gözləri,|
Mayaklar kimi baxır dənizə-|
Səni gözləyir.}}

== Mükafatları ==
* [["Şərəf Nişanı" ordeni]]
* [[Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı|"Rəşadətli əməyə görə" medalı]]
* [[Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilənlərin siyahısı|Respublika Ali Sovetinin Fəxri fərmanı]]
* SSRİ neft sənayesi əlaçısı Fəxri fərmanı
* [[Azərbaycan SSR əməkdar mühəndislərinin siyahısı|Azərbaycan SSR əməkdar mühəndisi]] (29 yanvar 1991)<ref>[http://www.e-qanun.az/framework/6371 Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin Fərmanı]</ref><ref>[http://www.e-qanun.gov.az/alpidata/framework/data/6/f_6371.htm Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin Fərmanı Bakı şəhəri, 29 yanvar 1991-ci il. №148.]</ref>
* Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (2009)<ref>[https://az.trend.az/azerbaijan/politics/1573348.html Azərbaycan Prezidenti "Neft Daşlari" yatağinin 60 illik yubileyi ilə əlaqədar azərbaycan respublikasi dövlət neft şirkəti işçilərinin təltif edilməsi haqqinda sərəncam imzalayıb]</ref>

== Xeyriyyəçilik fəaliyyəti ==
SSRİ-nin dağılma ərəfəsində [[Qarabağ]]da ermənilərin [[separatizm]] və işğalçılıq üzrə planları baş qaldırırdı. Yaranmış vəziyyətlə bağlı Neft Daşları Qarabağın Cəmilli kəndini himayəyə götürmüşdü. Səyyad İbrahimovun səyləri nəticəsində kəndin uçmaqda olan məktəbi təmir olundu və bir sıra şəxslər işə qəbul olundu. O, kəndə su çəkilişini təmin etdi. Özü dəfələrlə kəndə baş çəkmişdi. Kənd camaatı kəndə çəkilən bulağın adını "Səyyad bulağı" adlandırmışdır.

S.İbrahimov [[Şəki rayonu]] [[Baş Layısqı]] kəndində məscidin tikilişinə nail olmuşdur. Məscid [[Şeyx Nurullah Əfəndi Ziyarətgahı|Şeyx Nurullah Əfəndi ziyarətinin]] həyətində tikilib. Şeyx Nurulla Əfəndi Səyyad İbrahimovun ulu babası olub. Bura ziyarətə yaxın kəndlərdən insanların gəldiyini görən Səyyad İbrahimov burada bünövrəsi qalan, lakin Sovetlər dövründə [[Qızıl Ordu]] tərəfindən sökülən məscidin yenidən tikilməsinə qərar verir və qısa zamanda onun səyləri nəticəsində məscid yenidən tikilir.<ref>[http://genderi.org/microsoft-word-antol-18-seki.html?page=119 Seyx Nurullah Əfəndi Ziyarəti]</ref>

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Ədəbiyyat ==
* {{cite book|last=Haciyev|first=Vahid|title=Tufanlardan keçən ömür|date=1999|publisher=Ağrıdağ|location=Bakı|page=|pages=|ref=}}
* {{cite book|last=Bayramov|first=Bayram|title=Neft Daşları - tufanlar qoynunda həyat|date=2007|publisher=Təhsil|location=Bakı|page=|pages=252|ref=}}
[[az:Səyyad İbrahimov]]

Naviqasiya menyusu