Səyyad İbrahimov
Səyyad İbrahimov | |
---|---|
İbrahimov Səyyad Cabbar oğlu | |
Səyyad İbrahimov. | |
Doğum tarixi | 27 avqust 1936 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | 17 dekabr 2016 (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Təhsili | M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (1954–1959) |
Mükafatları |
Səyyad İbrahimov (1936–2016) — neft-qaz yataqlarının işlənməsi üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, Azərbaycan SSR əməkdar mühəndisi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti.
Haqqında məlumatlar
27 avqust 1936-cı il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.
Təhsili
1944 – 1954-cü illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1954 – 1959-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1959-cu ildə təyinatla “Gürsəngineft” neft mədənləri idarəsinə (Neft Daşları Neft və Qazçıxarma İdarəsi) göndərilib;
1959 – 1972-ci illərdə həmin idarədə çilingər, mexanik, böyük mexanik, neft-qazçıxarma ustası, mədənin böyük mühəndisi, mədən müdirinin müavini vəzifələrində çalışıb.
1972 – 1979-cu illərdə rayon mühəndis-texnoloji xidmətinin rəisi, İstehsal Xidmət Bazasının rəisi, baş mühəndisi,
1979 – 1980-ci illərdə Neft Daşları Neft Qaz Çıxarma İdarəsinin baş mühəndisi,
1980 – 1991-ci illərdə Neft Daşları Neft və Qazçıxarma İdarəsinin,
1992 – 1994-cü illərdə “28 Aprel” (Günəşli yatağı) Neft-Qazçıxarma İdarəsinin rəisi,
1994 – 1997-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsaslı tikinti üzrə vitse-prezidenti olub.
1997-ci ildən “Dəniznetqazlayihə” Dövlət Elmi-Tədqiqat Layihə/“Neftqazelmitədqiqatlayihə” İnstitutunda direktorun müşaviri və baş mühəndisin müavini vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1992-ci ildə “Dəniz neft quyularının istismarındakı mürəkkəbləşmələrin xəbərdarlığı və onlarla mübarizə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
20 elmi məqalənin və 17 ixtiranın müəllifidir.
İxtiralarına görə 9 müəlliflik şəhadətnaməsi alıb.
Təltif və mükafatları
- “Şərəf Nişanı” ordeni;
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970);
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı;
- “SSRİ neft sənayesi əlaçısı” döş nişanı;
- ÜİKT sərgisinin gümüş medalı;
- Vavilov adına qızıl medal;
- “Azərbaycan SSR əməkdar mühəndisi” fəxri adı (1991);
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü – “Neft Daşları”nın 60 illik yubileyi ilə əlaqədar yatağın işlənilməsində xidmətlərinə görə (2009).
Digər
1991-ci ildə çəkilən “Qara daşların sakinləri” adlı sənədli qısametrajlı filmində məsləhətçi qismində çıxış edib.
“Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiya heyətinin üzvü olub.
Şeyx Nurullah Əfəndinin (qəbri Şəki rayonunun Baş Layısqı kəndindədir) nəslindəndir.
Vəfatı
17 dekabr 2016-cı il tarixdə – 80 yaşında, Bakıda vəfat edib.
Həmçinin, bax:
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İbrahimov Səyyad // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 269-271. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- S
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1936-cı ildə doğulanlar
- 27 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 17 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar mühəndisləri
- "Şərəf Nişanı" ordeni laureatları
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə