Changes

Səhifəni 'Kateqoriya:N{{Alim |Adı = Nərgiz Əsgərzadə |Piktoqram = |Orijinal adı = Nərgiz Saleh qızı Əsgərzadə |Şəkil...' ilə yarat
[[Kateqoriya:N]]{{Alim
|Adı = Nərgiz Əsgərzadə
|Piktoqram =
|Orijinal adı = Nərgiz Saleh qızı Əsgərzadə
|Şəkil = Nərgiz Əsgərzadə.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat =
|Doğum tarixi = {{doğum tarixi |1929|8|15}}
|Doğum yeri = Bakı
|Dəfn yeri = Şəki
|Vəfatı = {{vəfat tarixi və yaşı|2016|10|1|1929|8|15}}
|Vəfat yeri = Bakı
|Vətəndaşlıq =
|Elm sahəsi =
|Təhsili = Azərbaycan Politexnik institutunu
|İş yeri =
|Elmi dərəcəsi = memarlıq elmləri namizədi
|Elmi adı =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları = “Azərbaycan SSR-in əməkdar memarı” Fəxri adı
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}

'''Nərgiz Saleh qızı Əsgərzadə''' – Azərbaycan SSR-in əməkdar memarı (1986), memarlıq elmləri namizədi (1961).

==Həyat və fəaliyyəti==
1929-cu ildə Bakıda pedaqoq ailəsində anadan olub. 1951-ci ildə Azərbaycan Politexnik institutunu bitirib, 1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək memarlıq elmləri namizədi elmi dərəcəsi alıb.

4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

1971-1990-cı illərdə Azərbaycan MEA Nizami adına Ədəbiyyat Tarixi Muzeyində direktor müavini işləyib.

3 oktyabr 1986-cı il tarixdə “Azərbaycan SSR-nin əməkdar memarı” fəxri adını alıb.

1990-cı ildən 2007-ci il avqustun 1-dək Şəki Regional Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həmçinin mərkəzdəki “El sənətləri” qrupuna da rəhbərlik edib. 2007 il avqustun 1-də görmə qabiliyyətinin zəifləməsi səbəbindən öz xahişi ilə işdən çıxıb. İşdən çıxmazdan əvvəl şəxsi kitabxanasını Elmi Mərkəzə bağışlamışdır.

===İctimai aktivliyi===

Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, daha sonra Azərbaycan SSR EA Qadınlar Şurasının sədri olmuşdur.

==Ailəsi==

*Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. [[Mövsüm Salamov|Mövsüm Salamovun]] böyük qardaşı olub.
*Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
*Bacı-qardaşları: Ruhəngiz və [[Firəngiz Əsgərzadə|Firəngiz]] adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
*Həyat yoldaşı: Məmməd Rəhimov – ixtisasca mühəndis-energetik idi. Atası Şəkidə fabrik sahibi olmuşdu.
*Uşaqları: Nigar – memar; Nicat – ingilis dili mütəxəssisi, müsiqiçi.

==Xatirə gecəsi==
[[Şəkil:Nərgiz Əsgərzadə, xatirə gecəsi.jpg|thumb|right|400px|20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında təşkil olunmuş Nərgiz Əsgərzadənin xatirə gecəsi iştirakçilarından bir qurup.]]
20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında Nərgiz Əsgərzadənin xatirə gecəsi keçirilmişdir. Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Əsgərzadə ilə birlikdə işləmiş həmkarları, eləcə də qohumları və ailə dostları iştirak ediblər. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlamış, Əsgərzadənin xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

==İstifadə edilmiş əsas mənbə==
*[http://www.uaa.az/index.php/az/events-az/friday-meetings/385-n-rgiz-sg-rzad-nin-xatir-gec-si www.uaa.az/Tədbirlər/Nərgiz Əsgərzadənin xatirə gecəsi];
*[https://web.archive.org/web/20190726165544/https://sites.google.com/a/sheki.org/belediyye/meqaleler/02102016-1 "Şəki bələdiyyəsi"/Əməkdar memar Nərgiz Əsgərzadə].

[[Kateqoriya:Azərbaycan memarları]], [[Kateqoriya:Azərbaycan alimləri]]