Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:R{{Şəxs |Adı = Rahim Həsənov |Şəkil = Rahim Hasanov.jpg |Şəkil miqyası = 250px |Şəkil məlumat = Rahim Həsənov |...' ilə yarat
[[Kateqoriya:R]]{{Şəxs
|Adı = Rahim Həsənov
|Şəkil = Rahim Hasanov.jpg
|Şəkil miqyası = 250px
|Şəkil məlumat = Rahim Həsənov
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1981|4|9}}
|Doğum yeri = {{AzSSR}}, {{SSRİ}}, [[Şəki]]
|Vəfatı =
|Atası = Rahim Rafiq oğlu Həsənov
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Peşəsi =
|Vətəndaşlıq = {{SSRİ}}→{{AZE}}
|Milliyət = [[azərbaycanlı]]
|İxtisası =
|Təhsili = Bakı Dövlət Universiteti, bakalavr (1998 – 2002), Sumqayıt Dövlət Universiteti, magistr (2005 – 2007)
|Fəaliyyəti =
|Fəaliyyət illəri =
|Mükafatları =
|İmzası =
|Sayt =
}}
'''Rahim Həsənov''' (''Həsənov Rahim Rafiq oğlu''; {{d.}} 9 aprel 1981, Azərbaycan SSR, Şəki şəhəri) — AMEA Şəki Regional Elmi Mərkəzində şöbə müdiri, VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə (2019) 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizəd olmuş, lakin seçilməmişdir.

== Təhsili və karyerası ==
1998 – 2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavr, 2005 – 2007-ci illərdə isə Sumqayıt Dövlət Universitetinin politologiya fakültəsində magistr təhsili alıb. 2003-cü ildən Şəki şəhər 20 saylı tam orta məktəbdə tarix müəllimi, 2011-ci ildən AMEA Şəki Regional Elmi Mərkəzində elmi işçi vəzifəsində işləyir. 2012-ci ildən AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinin dissertantıdır.

==Elmi fəaliyyəti==
Türkiyə Cümhuriyyətinin Ankara, İstanbul, İzmir, Bursa, Konya, Qars, İqdır, Çorum, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Kazan, Gürcüstan Respublikasının Tbilisi şəhərlərində beynəlxalq konfranslarda iştirak etmiş, sertifikat və diplomlara layiq görülmüşdür. Həmin simpozium və konfranslarda Şəki bölgəsinin tarixi və etnoqrafiyası ilə bağlı apardığı tədqiqatları dünya ictimaiyyətinə çatdırmışdır.

50-dən çox elmi məqaləsi həm respublika həm də Rusiya, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan kimi ölkələrin beynəlxalq indeksli elmi məcmuələrdə işıq üzü görmüşdür.

== İctimai-siyasi aktivliyi ==
2004 – 2010-cu illərdə “Çağdaş İntibah Gənc Maarifçilər” İctimai Birliyinin sədri olmuşdur.

==Mükafatları==
2009-cu il 30 sentyabr tarixində Azərbaycan Respublikası prezidentinin 505 № sərəncamı ilə “Tərəqqi” medalına, 2013-cü il 6 avqust 3044 № li sərəncamı ilə “İlin Ən Yaxşı Müəllimi” adına layiq görülüb.

==Partiyalığı==
Yeni Azərbaycan partiyasının üzvüdür. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən namizədliyi irəli sürülmüşdü.

==Ailəsi==
Ailəlidir, iki övladı var.

== İstifadə edilmiş mənbələr ==
*[https://gencalimler.az/az/content/303/ Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının veb-saytı].
*[https://shrem.az/az/content/51# AMEA Şəki Regional Elmi Mərkəzinin veb-saytı].

[[Kateqoriya:113, 114 və 115 saylı seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədlər (2020)]]

Naviqasiya menyusu