Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Changes

Jump to navigation Jump to search
Səhifəni 'Kateqoriya:S{{Şəxs |Şəkil = |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Süleyman xan Şəkinski |Tam adı = Süleyman xan Səl...' ilə yarat
[[Kateqoriya:S]]{{Şəxs
|Şəkil =
|Şəkil məlumat =
|Şəkil miqyası =
|Adı = Süleyman xan Şəkinski
|Tam adı = Süleyman xan Səlim xan oğlu Şəkinski
|Digər adları =
|Fəaliyyəti =
|Milliyəti =
|Doğum tarixi = {{Doğum_tarixi|1803||}}
|Doğum yeri =
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Dəfn Yeri =
|Atası =
|Anası =
|Həyat yoldaşı =
|Uşaqları =
|Rəsmi vebsaytı =
|İmzası =
}}

'''Şəkinski Süleyman xan Səlim xan oğlu'''-(1803-?), Qarabağ bəyi, çar zabiti, podpolkovnik, İbrahimxəlil xan Cavanşirin və Çələbi xan Şəkilinin nəvəsi


== Həyatı ==
Süleyman xan Səlim xan oğlu [[1803]]-cü ildə [[Şəki]] şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası İrana qaçandan sonra [[Şuşa]] şəhərində xalası Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin himayəsində böyümüşdü. Çar ordusunda xidmət etmiş podpolkovnik rütbəsinədək yüksəlmişdi. Polşada üsyanın yatırılmasında iştirak etmişdi. Dostu [[Rəhim bəy Uğurlubəyov]]la uzun cəbhə həyatı yaşamışdı.

Gənc xandan öz məqsədləri üçün istifadə etməyə çalışan Rusiya imperiyası ona 600 manat təqaüd təyin etmişdi. 1838-ci ildə Varşavada əla xidmətinə görə polk komandirinin müavini təyin olunmuşdu. 1841-ci ildə isə əlahəzrət imperatora öz təşəkkürünü bildirmək üçün Sankt-Peterburqa gedən deputat qrupunun tərkibinə daxil edilmişdi. Burada ona polkovnik rütbəsi verilmiş və qiymətli hədiyyələr təqdim edilmişdi. 1844-cü ildə Süleyman xan ailə məsələləri ilə əlaqədar İrana getmişdi. Bundan şübhələnən Rusiya onu Qarabağda yaşayan qohumlarını İrana köçürmək və qarışıqlıq yaratmaqda günahlandırmışdı. Süleyman xan hərbi xidmətdən qovulmuş və ona rus imperiyasının sərhədlərinə qayıtmaq qadağan edilmişdi. Lakin onun İranda da qalmasından qorxan
ruslar Süleyman xanı Təbrizdəki rus konsulluğuna çağıraraq həbs etmiş, əvvəlcə Tiflisə gətirmiş,
buradan isə Voronejo sürgün etmişdi. 1846-cı ildə sürgündən geri qayıdan Süleyman xan yenidən vətənə dönmüş, hərbi xidmətə götürülmüş və dağlılara qarşı keçirilən hərbi əməliyyatlarda fərqləndiyi üçün təqaüdü yenidən bərpa edilmişdi

== Ailəsi ==

Süleyman xan Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli ilə ailə qurmuşdu. Həsən ağa adlı oğlu, Sara bəyim və Tuti bəyim adlı qızları vardı.

== Mənbə ==

*'''Ənvər Çingizoğlu, Şəkinskilər, "Soy" dərgisi, 8 (28), Bakı, 2009. səh.13-25.

==Həmçinin bax==
*[[Həsən ağa Şəkinski]]
*[[Həbib ağa Şəkinski]]


[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:1803-cü ildə doğulanlar]]
[[Kateqoriya:Şuşada vəfat edənlər]]
[[Kateqoriya:Şəkinskilər]]

Naviqasiya menyusu