Süleyman xan Şəkinski
Süleyman xan Şəkinski | |
---|---|
Şəkinski Süleyman xan Səlim xan oğlu | |
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında friz (divar rəfi - irəf) üzərində miniatür. | |
Anadan olub | |
Vəfat edib | - 1861 |
Həyat yoldaşı | Hürcahan bəyim Yusif xan qızı |
Uşaqları | Həsən ağa, Sara bəyim və Tuti bəyim |
Atası | Səlim xan |
Anası | Tutu bəyim (İbrahim xanın qızı) |
Süleyman xan Şəkinski – Şəki xanı Səlim xanın kiçik oğlu; atasının və anasının vəfatından sonra Şuşada yaşayan xalası Gövhər ağa tərəfindən rəsmən övladlığa götürülmüşdür. Rus ordusunda xidmət etmiş, hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə mükafatlandırılmış, hərbi rütbəsi podpolkovnikə qədər artırılmışdır.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
1827-ci ildə Rusiya İmperiyası ərazisinə keçərək rus çarının təbəəliyinə qəbul olunmasını xahiş edib.
Eyni vaxtda Şuşada yaşayan xalası Gövhər ağa isə onu rəsmən övladlığa götürüb və ona zamin durub.
1829-cu ilin əvvəlində onun müraciətinə müsbət cavab verilib və həmin ilin oktyabr ayında ona illik 600 manat maaş kəsilib.
1838-ci ildə mayor hərbi rütbəsi ilə Varşavadakı Zaqafqaziya müsəlman polkunda polk komandirinin köməkçisi idi.
1838-ci ilin iyul ayında əla çalışqan hərbi xidmətinə görə illik 2 min manat məbləğində daimi və irsi təqaüd ilə mükafatlandırılıb.
1841-ci ildə Kaspi quberniyasından Sankt-Peterburqa – rus çarı I Nikolayın yanına, göndərilmiş iki deputatdan biri olub; bu görüşdə hərbi rütbəsi podpolkovnikə qaldırılmış və həm də qiymətli hədiyyələr almışdır.
1844-cü ildə hərbi xidmətdən çıxaraq İrana gedib. Bu Rusiya hakimiyyət dairələrində qısqanclıqla qarşılanıb; onun 2 min manat məbləğində daimi və irsi təqaüdünü kəsdikdən sonra Rusiya İmperiyası ərazisinə daxil olmasına da qadağa qoymaq istəyiblər, lakin sonda bu qərara gəliblər ki, onun İranda qalması da Rusiya İmperiyasının maraqlarına uyğun gəlmir, nə yolla olursa olsun, onu İrandan çıxarıb Rusiyanın ucqar ərazilərinə sürgün etmək lazımdır. Beləliklə, 1844-cü ilin sonunda Süleyman xan hiylə ilə Təbrizdəki rus konsulluğuna çağırılır və həbs edilir; 1845-ci ilin yanvarında Təbrizdən Tiflisə aparılır, sonra isə Voronejə sürgün edilir.
1846-cı ildə sürgündən azad olunur, vətəninə qayıdır və yenidən rus ordusunda xidmətini davam etdirir. Dağlılar üzərinə yürüşlərdə fərqləndiyinə görə isə təqaüdü bərpa olunur[1][2][3].
1849-cu ildən isə yenidən Varşavadakı müsəlman polkunda hərbi xidmətini davam etdirməyə başlayır[4].
1861-ci ilə aid sənəddə adı vəfat etmiş şəxs kimi çəkilmişdir[5].
Şəkinskilərin nəsil şəcərəsi[HTML redaktə]
Səlim xan | Tutu bəyim (İbrahim xanın qızı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Asiya bəyim | Fəxrunnisə xanım | Hüseyn xan | Hacı xan | Süleyman xan Şəkinski | Hürcahan bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşədi Məmməd/İsgəndər xan (?) | Əbdül xan | Qasım xan | Cəfər xan | Həsən ağa | Sara bəyim | Tuti bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Gövhər | Süleyman xan | Əziz xan | Yusif xan | Sitarə bəyim | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Həbib xan Şəkinski | Ağca bəyim | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Miribrahim Həmzəyev | Şəmsi Bədəlbəyli | Barat Şəkinskaya | Mehdi Məmmədov | Süleyman Hacıyev | Səriyyə Hacıyeva | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Solmaz Həmzəyeva | Rövşanə Bədəlbəyli | Elçin Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəkillər[HTML redaktə]
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi) üzərində miniatür.
Yusif xan Şəkinski (1887–?).
Həbib xan Şəkinski (1880–1956).
Barat Şəkinskaya (1914–1999).
Elçin Məmmədov (1947–2001).
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1884. — Т. IX. — С. 909 – 913.
- Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1885. — Т. X. — С. 830. — ISBN 978-5-458-67813-1.
- Mətnin linki // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1885. — Т. X. — С. 290. — ISBN 978-5-458-67813-1.
- О ВОЗОБН... (1849). "О ВОЗОБНОВЛЕНИИ ПРОИЗВОДСТВА ПОДПОЛКОВНИКУ СУЛЕЙМАН ХАНУ ВСЕМИЛОСТИВЕЙШЕ ПОЖАЛОВАННЫХ ЕМУ АРЕНДНЫХ ДЕНЕГ И ПЕНСИИ, А ТАК ЖЕ О ПРЕДПОЛОЖЕНИИ ПЕРЕВЕЗТИ ЕГО НА СЛУЖБУ В ВАРШАВУ В НАХОДЯЩИЕСЯ ТАМ РЕГУЛЯРНЫЕ КАВКАЗСКИЕ ВОЙСКА. Н.15 МАРТА - К.27 ИЮНЯ 1849 Г." https://rgia.su/ (русский). Российский государственный исторический архив. 16 Nov 2020 tarixində arxivləşdirilib.
- О НАЗНАЧЕНИИ НАСЛ... (1861). "О НАЗНАЧЕНИИ НАСЛЕДНИКАМ УМЕРШЕГО ПОДПОЛКОВНИКА СУЛЕЙМАН ХАНА ПРОИЗВОДИВШИХСЯ ЕМУ АРЕНДНЫХ ДЕНЕГ. Н.4МАРТА 1861Г.-К.21АПРЕЛЯ 1861Г." https://rgia.su/ (русский). Российский государственный исторический архив. 16 Nov 2020 tarixində arxivləşdirilib.
Həmçinin bax[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |