Changes

Jump to navigation Jump to search
3.192 bayt əlavə edildi ,  01:13, 11 aprel 2020
Səhifəni 'Kateqoriya:N{{Alim |Adı = Nurəddin Cəfərov |Piktoqram = |Orijinal adı = Cəfərov Nurəddin Cəmaləddin oglu |Şəkil...' ilə yarat
[[Kateqoriya:N]]{{Alim
|Adı = Nurəddin Cəfərov
|Piktoqram =
|Orijinal adı = Cəfərov Nurəddin Cəmaləddin oglu
|Şəkil = Nurəddin Cəfərov.jpg
|Şəkil miqyası =
|Şəkil məlumat = Nurəddin Cəfərov
|Doğum tarixi = {{Doğum tarixi |1958}}
|Doğum yeri = {{SSRİ}}<br>{{AzSSR}}, [[Nuxa]]
|Vətəndaşlıq = {{SSRİ}}→{{AZE}}
|Təhsili = Azərbaycan Politexnik İnstitutu
|Elm sahəsi = texnika
|Alma mater =
|İş yeri =
|Vəfatı =
|Elmi dərəcəsi = texnika elmləri doktoru
|Elmi vəzifəsi = professor
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mükafatları =
|İmzası =
|İmzanın eni =
|Sayt =
}}

'''Nurəddin Cəfərov''' — azərbaycanlı alim, texnika elmləri doktoru.

== Haqqında məlumatlar ==

1933-cü ildə Nuxada anadan olub.

1953-cü ildə Nuxa Peqoji Məktəbini, 1959-cu ildə isə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Sumqayıt şəhərində müəllimlik edib.

1960-cı ildə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspiranturasına daxil olub. 1960 – 2003-cü illərdə həmin İnstitutun Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası laboratoriyasında əvvəlcə mühəndis, daha sonra laboratoriya rəhbəri vəzifəsində işləyib.

1965-ci ildə Neftdaşıma Konturlarını Yerdəyişməsinin və Quyuların Vatareyalarının Sulaşması Prosesinin Hidrodinamik Tədqiqi mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1992-ci ildə AEA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda Doktorluq dissertasiyası müdafiə edib.

SSRİ-nin Kazan, Penza, Tümen və digər şəhərlərində keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış edib.

1980-cı ildə “Çoxlaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyası dərc olunub.

130-dan artıq elmi məqalənin müəllifidir. Yeddi elmlər namizədi yetişdirib. Əldə etdiyi elmi nəticələr Azərbaycanda fəaliyyətdə olan Neft yataqlarında (Balaxanı, Suraxanı, Ramana, Səngəçal-dəniz, Bulla-dəniz), Türkmənistanda, Surqutda, Maykopda olan Neft yataqlarında tətbiq edilmişdir.

Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Dövlət Universitetinin Şəki filialında dekan, kafedra müdiri, professor vəzifələrində çalışıb.

2007-ci ildə vəfat edib.

==Mükafatları==
*1985-ci ildə bir qrup alimlərlə birlikdə Mürəkkəb dağ-geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik kompleksinin yaradılması və tətbiqi mövzusunda elmi işlərinə görə Qubkin adına mükafata layiq görülüb.
*1996-cı ildə ABŞ Bioqrafiya İnstitutunun Araşdırmalar Assosiasiyası tərəfindən “İlin Adamı” fəxri adına və “Qızıl Val” mükafatına layiq görülüb.

Naviqasiya menyusu