Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Nurəddin Cəfərov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Nurəddin Cəfərov
Cəfərov Nurəddin Cəmaləddin oglu
Nurəddin Cəfərov
Nurəddin Cəfərov.
Doğum tarixi 6 oktyabr 1933(1933-10-06)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 iyul 2007 (73 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri AMEA Geologiya İnstitutu (elmi məsləhətçi)
Elmi dərəcəsi texnika elmləri doktoru
Təhsili

 • Nuxa Pedaqoji Məktəbi (–1953)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika riyaziyyat fakültəsi (–1959)

 • Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutu, aspirantura (1960–)

Nurəddin Cəfərov (1933–2007) — yeraltı hidroqazodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssis, texnika elmləri doktoru, AMEA Geologiya İnstitutunun elmi məsləhətçisi.

Haqqında məlumatlar

6 oktyabr 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1953-cü ildə Nuxa Pedaqoji Məktəbini,

1959-cu ildə isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika riyaziyyat fakültəsini bitirib.

1960-cı ildə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun aspiranturasına daxil olub.

Əmək fəaliyyəti

1959-cu ildə təyinatla Sumqayıt şəhərinə müəllim işləməyə göndərilib.

1960 – 2003-cü illərdə Azərbaycan SSR EA Qubkin adına Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunun Neft veriminin artırılmasının yeni üsullarının hidrodinamikası laboratoriyasında əvvəlcə mühəndis, daha sonra laboratoriya rəhbəri,

2003 – 2007-ci illərdə AMEA Geologiya İnstitutunda elmi məsləhətçi vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1965-ci ildə namizədlik dissertasiyasını,

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

SSRİ-nin Kazan, Penza, Tümen və digər şəhərlərində keçirilən elmi konfranslarda elmi məruzələrlə çıxış edib.

Müxtəlif illərdə çap olunmuş 130-dan artıq elmi əsərin, o cümlədən, “Çoxlaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyanın (1980) müəllifidir. Yeddi elmlər namizədi yetişdirib. Əldə etdiyi elmi nəticələr Azərbaycanda fəaliyyətdə olan Neft yataqlarında (Balaxanı, Suraxanı, Ramana, Səngəçal-dəniz, Bulla-dəniz), Türkmənistanda, Surqutda, Maykopda olan Neft yataqlarında tətbiq edilmişdir.

Elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Bakı Dövlət Universitetinin Şəki filialında dekan, kafedra müdiri, professor vəzifələrində çalışıb.

Təltif və mükafatları

  • 1985-ci ildə bir qrup alimlərlə birlikdə “Mürəkkəb dağ-geoloji şəraitində çoxlaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik kompleksinin yaradılması və tətbiqi” mövzusunda elmi işlərinə görə Qubkin adına mükafata layiq görülüb;
  • 1996-cı ildə ABŞ Bioqrafiya İnstitutunun Araşdırmalar Assosiasiyası tərəfindən “İlin Adamı” fəxri adına və “Qızıl Val” mükafatına layiq görülüb.

Vəfatı

15 iyul 2007-ci il tarixdə – 73 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Cəfərov Nurəddin // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 94-96. — 1.000 nüsx.
  2. CƏFƏROV NURƏDDİN CƏMALƏDDİN OĞLU // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V  c. — Səh. 258. — ISBN 978-9952-441-10-9.