7.715 bayt əlavə edildi
, 16:42, 14 mart 2020
{{Rəssam
|Şəkil = Albert_Mustafayev3.jpg
|Şəkil məlumat = Albert Mustafayev öz emalatxanasında - “Şəki xanı Məhəmmədhüseyn xan Muşaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.
|Şəkil miqyası =
|Adı = Albert Mustafayev
|Orijinal adı = Albert Zaman oğlu Mustafayev
|Fəxri ad =
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi və yaşı |1931|1|26}}
|Doğum yeri = Nuxa
|Təhsili = Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı); SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1956-1960)
|Vəfatı =
|Vəfat yeri =
|Mükafatları = {{Azərbaycan SSR əməkdar rəssamı|1982}}
|Vəfat səbəbi =
|Tanınır =
|Sayt =
|Commons =
}}
'''Albert Mustafayev''' − görkəmli heykəltəraş, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, əməkdar rəssam (1982), Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Təsviri incəsənət kafedrasının professoru.
Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanı ilə təltif edilmişdir.
== Həyat və fəaliyyəti ==
[[Şəkil:Albert Mustafayev 2019b.jpg|350px|thumb|left|Albert Mustafayev ata-baba yurdunda, – Şəki, 25 avqust 2019.]]
1931-ci ildə Nuxada anadan olub. 4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib.
Hələ orta məktəbdə oxuyarkən rəssamlığa və heykəltəraşlığa meyl edirdi. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlıq sənətinin sirlərini öyrənib. 1956-cı ildə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra − 1960-cı ildə, Bakıya qayıdıb.
=== Pedaqoji fəaliyyəti ===
1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildən – Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndislər İnstitutunun yaradılmasından sonra, Azərbaycan İnşaat Mühəndislər İnstitutunun Təsviri incəsənət kafedrasına işləyir. Əvvəl müəllim, sonra baş müəllim, daha sonra dosent və nəhayət professor vəzifəsini tutub.
=== Yaradıcılığı ===
====Heykəltəraşlıq fəaliyyəti====
=====“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi=====
[[Şəkil:Bəhram_Gur_əjdahanı_öldürür2.jpg|500px|thumb|left|“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı). ]]
Hələ 1959-cu ildə – Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan [[Aslan Rüstəmov]] və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə qərara gəlirlər ki bu kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.
=====Digər heykəltəraşlıq işləri=====
[[Şəkil:Məhəmmədhüseyn xan Müştaq.jpg|300px|thumb|“Şəki xanı Məhəmmədhüseyn xan Müştaq” heykəlinin eskizi]]
'''Bakıda:''' Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəli; [[Lütfəli Abdullayev|Lütfəli Abdullayevin]] xatirə lövhəsi, Lətif Kərimovun xatirə lövhəsi; '''Şəkidə:''' Böyük Vətən müharibəsində həlak olmuş şəkililərin döyüş şöhrətini əbədiləşdirilməsi üçün 1974-cü ildə yaradılmış “Xatirə ansamblı”nın ərazisindəki “Ana heykəli”. '''Mingəçevirdə:''' Vladimir Leninin heykəli. '''Şuşada''': Molla Pənah Vaqifin məqbərəsində Molla Pənah Vaqifin heykəli.
====Fotoqrafiya işləri====
[[Şəkil:Albert_Mustafayev2.jpg|250px|thumb|Albert Mustafayevə “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanı təqdim edilərkən (2015).]]
Albert Mustafayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin birinci sərgisi təşkil olunub. İkinci sərgisi işlədiyi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş tutub. Üçüncü sərgi isə 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən keçirilib və bu sərgidə ona “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanını verilib. Albert Mustafayev özü isə bildirmişdir ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir və özünü peşəkar fotoqraf hesab etmək fikrində deyil.
=====Fotoqrafiya işlərindən nümunələr=====
<center><gallery mode=packed heights= "80px" widths= "80px" >
Şəkil:Niyazi.jpg |Niyazi.
Şəkil:Bədəvi.jpg|Bədəvi.
Şəkil:Tələbə-rəssam Tatyana Dobrovolskaya.jpg|Tələbə-rəssam Tatyana Dobrovolskaya.
Şəkil:Hökumə Qurbanova.jpg|Hökumə Qurbanova.
Şəkil:Fikrət Əmirov.jpg|Fikrət Əmirov.
Şəkil:Tələbə qız.1962.jpg|Tələbə qız – 1962.
Şəkil:Cəlal Qaryağdı.jpg|Cəlal Qaryağdı.
Şəkil:Qoca naturaçı.jpg|Qoca naturaçı.
Şəkil:Körpə (Lalə Qaffarova).jpg|Körpə (Lalə Qaffarova).
</gallery></center>
== İstifadə edilmiş əsas mənbələr ==
*{{məqalə
|müəllif = Avalov E.
|başlıq = Professor Albert Mustafayev gənc memarlara örnək sənətkardır
|link = https://web.archive.org/web/20170703022533/http://azmiu.edu.az/external/ckfinder/userfiles/files/azuacict/files/ik_nom2.pdf
|dil = az
|nəşrin müəllifi =
|nəşr = İnşaatçı kadrlar
|tip = qəzet
|yer = Bakı
|nəşriyyat =
|il = 2016
|nömrə = 2 (398)
|том =
|выпуск =
|səhifələr = 4
|isbn =
|issn =
|ref =
|bibcode =
|arxiv =
|pmid =
}}
*{{məqalə
|müəllif = Алиева С.
|başlıq = Скульптор по специальности, фотограф по призванию
|link = http://irs-az.com/new/files/2016/180/2340.pdf
|dil = ru
|nəşrin müəllifi =
|nəşr = Фото наследие
|tip =
|yer = Bakı
|nəşriyyat =
|il = 2016
|nömrə = 2 (80)
|том =
|выпуск =
|страницы = 49-54
|isbn =
|issn =
|ref =
|bibcode =
|arxiv =
|pmid =
}}
{{Seçilmiş məqalə}}
[[Kateqoriya:Azərbaycan heykəltəraşları]]
[[Kateqoriya:Nuxada doğulanlar]]
[[Kateqoriya:A]]