Bu məqalə ən çox baxılan 6 məqalədən biridir.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Albert Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Albert Mustafayev
Mustafayev Albert Zaman oğlu
Albert Mustafayev
Albert Mustafayev öz emalatxanasında - “Şəki xanı Məhəmmədhüseyn xan Muştaq” heykəlinin eskizini hazırlayarkən, 2009-cu il.
Doğum tarixi 26 yanvar 1931 (1931-01-26) (90 yaş)
Doğum yeri Nuxa, Şəki dairəsi, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi

SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1956–1960)
Mükafatları

"Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1982

Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 2021

Albert Mustafayev — tanınmış heykəltəraş, Azərbaycan SSR əməkdar rəssamı, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professoru.

Həmçinin, həvəskar fotoaparatlar vasitəsi ilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

Albert Mustafayev ata-baba yurdunda, – Şəki, 25 avqust 2019.

26 yanvar 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

4-cü sinfə qədər Nuxadakı rus məktəbində oxuyub, sonra ailəsinin Bakıya köçməsi ilə əlaqədar olaraq orta təhsilini Bakıda davam etdirib.

Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,

1956 – 1960-cı illərdə isə SSRİ Rəssamlıq Akademiyası nəzdində İlya Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1966-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun təsviri sənət kafedrasında assistent, sonra müəllim işləyib.

1975-ci ildən – Azərbaycan Politexnik İnstitutunun bazasında Azərbaycan İnşaat Mühəndislər İnstitutunun yaradılmasından sonra, bu yeni ali müəssisəsinin təsviri incəsənət kafedrasına əvvəl baş müəllim,

1983-cü ildən dosent, daha sonra isə professor vəzifəsini tutub.

Yaradıcılığı[redaktə | əsas redaktə]

Heykəltəraşlıq fəaliyyəti[redaktə | əsas redaktə]

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi[redaktə | əsas redaktə]
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
Nizami Kino Mərkəzi (Bakı) binasının fasadında Nizami Gəncəvinin heykəli.

Hələ 1959-cu ildə – Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyarkən, kurs işi olaraq gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyasını hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücaəddinovla birlikdə qərara gəlirlər ki bu kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.

Digər heykəltəraşlıq işləri[redaktə | əsas redaktə]
“Şəki xanı Məhəmmədhüseyn xan Müştaq” heykəlinin eskizi.

Bakıda: Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəli; Lütfəli Abdullayevin xatirə lövhəsi, Lətif Kərimovun xatirə lövhəsi; Şəkidə: Böyük Vətən müharibəsində həlak olmuş şəkililərin döyüş şöhrətini əbədiləşdirilməsi üçün 1974-cü ildə yaradılmış “Xatirə ansamblı”nın ərazisindəki “Ana heykəli”. Mingəçevirdə: V.İ.Leninin heykəli. Şuşada: Molla Pənah Vaqifin məqbərəsində Molla Pənah Vaqifin büstü.

Fotoqrafiya işləri[redaktə | əsas redaktə]

Albert Mustafayevə “İlin ən yaxşı fotoqrafı” fəxri fərmanı təqdim edilərkən (2015).

Albert Mustafayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin birinci sərgisi təşkil olunub. İkinci sərgisi işlədiyi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda baş tutub. Üçüncü sərgi isə 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən keçirilib və bu sərgidə ona “İlin ən yaxşı fotoqrafı” Fəxri fərmanını verilib. Albert Mustafayev özü isə bildirmişdir ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir və özünü peşəkar fotoqraf hesab etmək fikrində deyil.

Fotoqrafiya işlərindən nümunələr[redaktə | əsas redaktə]

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Albert Mustafayevin həyat və fəaliyyəti haqqında video-çarx[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. Mete Ə. Eldən soruş // O torpağın övladları. — Bakı: «Nurlan», 2006. — I  cild. — Səhifələrin sayı:  606. — Səh.: 302 – 303. — 500 nüsx.
  2. Avalov E. Professor Albert Mustafayev gənc memarlara örnək sənətkardır (azərb.) // İnşaatçı kadrlar : qəzet. — Bakı, 2016. — № 2 (398). — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Apr 2016 - 3 Jul 2017.
  3. Алиева С. Скульптор по специальности, фотограф по призванию (rus.) // Фото наследие. — Bakı, 2016. — № 2 (80). — С. 49 – 54. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 24 noyabr 2020.

<link rel="canonical" href="https://shaki.info/wiki/Albert_Mustafayev" />