Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{Hərbi xadim |Adı = Aqşin Abdullayev |Orijinal adı = Aqşin İsmayıl oğlu Abdullayev |Şəkil = Aqşin Abdullayev.jpg |Şək...' ilə yarat
{{Hərbi xadim
|Adı = Aqşin Abdullayev
|Orijinal adı = Aqşin İsmayıl oğlu Abdullayev
|Şəkil = Aqşin Abdullayev.jpg
|Şəkil miqyası = 180
|Doğum tarixi = {{doğum tarixi|1982|10|1}}
|Doğum yeri = [[Şəki]], [[Azərbaycan]]
|Vəfatı = {{vəfat tarixi və yaşı|2017|2|25|1982|10|1}}
|Vəfat yeri = [[Xocavənd]], [[Azərbaycan]]
|Vətəndaşlıq = {{Bayraq|Azərbaycan}} [[Azərbaycan]]
|Mükafatları = [[Şəkil:AZ Qusursuz xidmete gore med 2dar rib.png|50x50px|"Qüsursuz xidmətə görə" II dərəcəli medalı]] [[Şəkil:AZ Qusursuz xidmete gore med 3dar rib.png|50x50px|"Qüsursuz xidmətə görə" III dərəcəli medalı]] [[Şəkil:Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - lent.png|50x50px|"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı]] [[Şəkil:AZ Silahli Quvvelerinin 95 med rib.png|50x50px|"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı]]
}}
'''Aqşin İsmayıl oğlu Abdullayev''' (d. [[1 oktyabr]] [[1982]]; [[Şəki]], [[Azərbaycan]] - ö. [[25 fevral]] [[2017]]; [[Xocavənd]], [[Azərbaycan]]) — [[Azərbaycan Silahlı Qüvvələri]]nin zabiti (mayoru). [[2017]]-ci ildə [[Azərbaycan]]-[[Ermənistan]] təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman şəhid olub, [["Şücaətə görə" medalı]]na layiq görülmüş ilk hərbçi<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=foB_YnC2zCA |title=Şəhid Aqşin Abdullayev "Şücaətə görə" medalı ailəsinə təqdim edildi |author=ARB Şəki |date= 08.04.2017|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2017-04-08 |language=az }}</ref>.

== Həyatı ==
Aqşin Abdullayev [[1982]]-ci il [[1 oktyabr]]da [[Şəki rayonu]]nun [[Kiş (Şəki)|Kiş kəndi]]ndə anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbinə 1-ci sinfə daxil olmuşdur. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2003-cü ildə Ali Məktəbi qurtarmış və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil almışdır.
Aqşin 2004-cü ildə ailə həyatı qurmuşdur. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var.

== Hərbi xidməti ==
Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini almışdır.
2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərmişdir. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olmuşdur. Xidmət illərində göstərdiyi şəxsi şücaətinə, nümunəvi xidmətinə görə çoxlu sayda medal və fəxri-fərmanlarla təltif olunmuşdur. Xidməti boyu qüsursuz xidmət göstərən mayor Abdullayev "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli (10 illik qüsursuz xidmət) və "Qüsursuz Xidmətə Görə" 2-cü dərəcəli (15 illik qüsursuz xidmət) medalları ilə təltif olunmuşdur.<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=FN3XuhGGLz4 |title=Bu gün şəhid Aqşin Abdullayevin doğum günüdür |author=ARB Şəki |date= 01.10.2018|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2018-10-01 |language=az }}</ref> O həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Yubiley medalları ilə təltif edilmişdir.
2016-ci ilin aprel döyüşləri zamanı - şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə fəxri-fərmanla təltif olunmuşdur.
Mayor Aqşin Abdullayev [[2017]]-ci il 25 fevralda, [[Fevral döyüşləri]] zamanı şəhid oldu. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürməsinə baxmayaraq fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülü. Fevralın 28-i isə Aqşin Abdullayev doğulduğu [[Şəki rayonu]]nun [[Kiş|Kiş kəndi]]ndə son mənzilə yola salındı. Dəfn mərasiminə on mindən yuxarı rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, respublikanın müxtəlif bolgələrindən gəlmiş vətəndaşlarımız və şəhidin tabeliyində xidmət göstərmiş əsgərləri qatılmışdı. Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşaiyəti ilə keçən dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və mayor Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

== Xatirəsi ==
[[2019]]-cu ilin fevralında [[Şəki]]də Aqşin Abdullayev haqqında Kamil Adışirinovun müəllifi olduğu "Həyatı nəsillərə örnək olan qəhrəman" kitabının təqdimatı keçirilib.<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=oCzyLB8XNo8 |title=Şəkidə "Həyatı nəsillərə örnək olan qəhrəman" kitabının təqdimat mərasimi keçirilib |author=İnterAz |date= 15.02.2019|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2019-02-15 |language=az }}</ref>

[[2019]]-cu ildə [[Beyləqan]]da şəhidə həsr edilmiş [[ARB Şəki]] televiziyasının istehsalı olan "İmtahan" filminin təqdimatı keçirilib. Filmin rejissoru İlham Əfəndidir.<ref>{{cite web |url=https://www.youtube.com/watch?v=tng_OefWnzM |title=Şəhid Aqşin Abdullayevə həsr olunmuş "İmtahan" filminin təqdimati olub |author=ARB Şəki |date= 26.02.2019|work= |publisher=[http://www.youtube.com Youtube.com] |accessdate=2019-02-26 |language=az }}</ref>

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==
* [https://www.youtube.com/watch?v=9qWUnhWToM8 "Balam general olmaq istəyirdi" - Şəhid Aqşin Abdullayevin dəfnindən reportaj (APA TV)]

{{Fevral döyüşlərində şəhid olan Azərbaycan hərbçiləri}}

[[Kateqoriya:Şəki rayonunda doğulanlar]]
[[Kateqoriya:"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif edilənlər]]
[[Kateqoriya:"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilənlər]]
[[Kateqoriya:"Qüsursuz xidmətə görə" medalı ilə təltif edilənlər]]
[[Kateqoriya:2017-ci ildə şəhid olan Azərbaycan hərbçiləri]]
[[Kateqoriya:Xocavənd rayonunda vəfat edənlər]]
[[Kateqoriya:Şəki rayonunda dəfn olunanlar]]
[[Kateqoriya:A]]

Naviqasiya menyusu