Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Aqşin Abdullayev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Aqşin Abdullayev
Abdullayev Aqşin İsmayıl oğlu
Aqşin Abdullayev
Aqşin Abdullayev, 2015-ci il.

Aqşin Abdullayev (1982–2017) — 2017-ci il Fevral döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş mayoru.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1 oktyabr 1982-ci il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1988 – 1999-cu illərdə Şəki rayon 4 saylı Kiş kənd orta məktəbində,

1999 – 2003-cü illərdə Bakı Ali Hərbi Məktəbində,

2003 – 2004-cü illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil alıb.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

2004 – 2017-ci illərdə Azərbaycan Respublikasının müxtəlif yerlərində yerləşən hərbi hissələrdə xidmət edib. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi idi.

Hərbi rütbələri[Vizual/Mobil redaktə | HTML redaktə]

2003-cü ildə leytenant,

2005-ci ildə baş leytenant,

2009-cu ildə kapitan,

2013-cü ildə mayor hərbi rütbəsi alıb.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

Aqşin Abdullayevin dəfn mərasimi

25 fevral 2017-ci il tarixdə – 34 yaşında, Azərbaycan – Ermənistan təmas xəttində baş vermiş döyüş zamanı qəhrəmancasına həlak olub.

28 fevral 2017-ci il tarixdə, doğulduğu Şəki rayonunun Kiş kəndinin kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasiminə on mindən çox rayon sakini ilə yanaşı, onun qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də qatılıblar.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

2004-cü ildə ailə həyatı qurmuşdur; Amin, Nərmin və Ömər adlı üç övladı vardır.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

2019-cu ilin fevralında Şəkidə Aqşin Abdullayev haqqında “Həyatı nəsillərə örnək olan qəhrəman” adlı kitabın (müəllif: Kamil Adışirinov) təqdimatı keçirilib .

2019-cu ildə Beyləqanda onun haqqında ARB Şəki televiziyasının istehsalı olan “İmtahan” filminin (rejissor: İlham Əfəndi) təqdimatı keçirilib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. ...
  2. ...

Videolar[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]

...