| – ''Bu gecə mən padşahın sarayına girəcəyəm və orada padşahın ayağını sancacağam; səhər bütün səltənətdə padşahı qaçılmaz ölümdən sağalda biləcək həkim axtaracaqlar, sən bütün məşhur həkimlərdən sonra padşahın yanına gedərsən, sənə verdiyim daşı yaranın üstünə qoyarsan, padşah dərhal sağalacaq. Ancaq əvvəlcə padşahı xəbərdar etməlisən ki, onu pula görə müalicə etməyəcəksən, yalnız qızını sənə ərə verdikdən sonra müalicə edəcəksən''. | | – ''Bu gecə mən padşahın sarayına girəcəyəm və orada padşahın ayağını sancacağam; səhər bütün səltənətdə padşahı qaçılmaz ölümdən sağalda biləcək həkim axtaracaqlar, sən bütün məşhur həkimlərdən sonra padşahın yanına gedərsən, sənə verdiyim daşı yaranın üstünə qoyarsan, padşah dərhal sağalacaq. Ancaq əvvəlcə padşahı xəbərdar etməlisən ki, onu pula görə müalicə etməyəcəksən, yalnız qızını sənə ərə verdikdən sonra müalicə edəcəksən''. |
− | Deyildiyi kimi də oldu! Kasıb səhər yuxudan duran kimi şəhərdə misli görünməmiş bir hay-küy və qışqırıq eşitdi, hamı yalnız padşahın başına gələn müsibətdən və saraya nə qədər həkim çağırsa da heç kimin onu müalicə edə bilməsindən danışırdı. Kasıb tələsik geyindi, bazara çıxdı və tərəddüd etmədən başladı orda-burda danışmağa ki, padşahı sağalda bilər. Onu saraya aparırlar, İlanın verdiyi məsləhətə uyğun olaraq əvvəlcə padşahla qızı ilə evlənmək üçün şərt qoyur, sonra uğurlu müalicəyə başlayır və hamını təəccübləndirir. Tezliklə sağalıb ayağa qalxan padşah kasıbın şərtini yerinə yetirməkdən imtina etmədi və nökərinə tapşırdı ki, Kasıbı hamama aparsın, ən gözəl paltar geydirsin, sonra toya hazırlıq görsün. Hamamın yolunda Kasıb padşahın vəziri ilə qarşılaşdı. Vəzir ona dedi ki, ona yüz qızıl tümən verəcək, amma bu şərtlə ki, gərək padşahın qızından əl çəksin, çünki o, padşahın qızını özünün oğluna almaq istəyir. Kasıb razı olmadı. Onda vəzir öz adamlarına göstəriş verdi ki onu yaxşıca kötəkləyib türməyə salsınlar. Türməyə düşən Kasıb öz halına dərindən acıyır, birdən görür ki, divardakı bir çatdan İlan sürünə-sürünə çıxdı. İlan ona dedi: | + | Deyildiyi kimi də oldu! Kasıb səhər yuxudan duran kimi şəhərdə misli görünməmiş bir hay-küy və qışqırıq eşitdi, hamı yalnız padşahın başına gələn müsibətdən və saraya nə qədər həkim çağırsa da heç kimin onu müalicə edə bilməsindən danışırdı. Kasıb tələsik geyindi, bazara çıxdı və tərəddüd etmədən başladı orda-burda danışmağa ki, padşahı sağalda bilər. Onu saraya aparırlar, İlanın verdiyi məsləhətə uyğun olaraq əvvəlcə padşahın qızı ilə evlənmək şərtini bəyan edir, sonra uğurlu müalicəyə başlayır və hamını təəccübləndirir. Tezliklə sağalıb ayağa qalxan padşah kasıbın şərtini yerinə yetirməkdən imtina etmədi və nökərinə tapşırdı ki, Kasıbı hamama aparsın, ən gözəl paltar geydirsin, sonra toya hazırlıq görsün. Hamamın yolunda Kasıb padşahın vəziri ilə qarşılaşdı. Vəzir ona dedi ki, ona yüz qızıl tümən verəcək, amma bu şərtlə ki, gərək padşahın qızından əl çəksin, çünki o, padşahın qızını özünün oğluna almaq istəyir. Kasıb razı olmadı. Onda vəzir öz adamlarına göstəriş verdi ki onu yaxşıca kötəkləyib türməyə salsınlar. Türməyə düşən Kasıb öz halına dərindən acıyır, birdən görür ki, divardakı bir çatdan İlan sürünə-sürünə çıxdı. İlan ona dedi: |
| – Niyə məni diqqətlə dinləmədin və məsləhətlərimə dəqiq əməl etmədin? Dediyimə əməl etsəydin başına bu iş də gəlməzdi. Amma narahat olma, qoy elə belə olsun, padşahı yenə sancacağam, ancaq əvvəl sənə öyrətdiyim kimi əvvəlcə onun qızı ilə evlən, sonra onu müalicə etməyə başla. Əgər mənim dediklərimə bu dəfə də dəqiq əməl etməsən, onda sənin özünü sancacağam. | | – Niyə məni diqqətlə dinləmədin və məsləhətlərimə dəqiq əməl etmədin? Dediyimə əməl etsəydin başına bu iş də gəlməzdi. Amma narahat olma, qoy elə belə olsun, padşahı yenə sancacağam, ancaq əvvəl sənə öyrətdiyim kimi əvvəlcə onun qızı ilə evlən, sonra onu müalicə etməyə başla. Əgər mənim dediklərimə bu dəfə də dəqiq əməl etməsən, onda sənin özünü sancacağam. |